Təbliğdə nə olacaq? Əziyyət, məşəqqət, çətinliklər, təhdid olacaq. Bunlar artdıqca təbliğin dəyəri artar, Allahın razılığını daha çox qazanarsan. Məqsədin əgər Allahın rızasını qazanmaqdırsa, rəhmətini qazanmaqdırsa. İki günlük dünya həyatı üçün elə qorxaqcasına, ürkəkcəsinə yaşamaq çox alçaldıcı bir vəziyyətdir.

(A9 TV; 10 dekabr 2014)

Allah Öz yolunda olmayana rahatlıq verməz. “Təbliğ edərəm, amma bir şərtlə ki, gərək çox rahat olam”. Sən onsuz da təbliğ etmək istəmirsən. Təbliğ, rahatçılıq olmadan edilən fəaliyyətə deyilir.

(A9 TV; 10 dekabr 2014)

Təhdid olmasa belə müsəlman onun olmasını qəlbən istəməlidir. “Kaş ki, təhdid edən biri olsa da daha çox savab qazansam” deməlidir. Peyğəmbərimiz (s.ə.v) həmişə təhdid altında yaşadı; Əbu Cəhilin, Əbu Ləhəbin o dövrün fironlarının təhdidləri altında. Hz. Musa (ə.s) daim Fironun təhdidi altında yaşadı.

(A9 TV; 10 dekabr 2014)

Təhdid nemətdir. Təhdid olan mühitdə İslamı izah etmək ibadətdir. “Təhdid olmasın, mən də ibadət edim” deyir. Elə olduqda ibadətin savabı xeyli azalar. Halbuki, müsəlman çox savab qazanmaq istəyir. Bir milyon savab qazanmaq olduğu halda, niyə bir savaba razı olursan?

(A9 TV; 10 dekabr 2014)

PKK Cənub-Şərq bölgəsini səs-küylə boğacağını zənn edir. Bütün küçələr, prospektlər, bir sözlə, hər yer PKK tərəfdarları ilə dolsa belə, bizim oranı təmizləməyimiz ən uzağı 48 saat çəkər. Beləliklə də, PKK qaçıb gizlənəcəyi bir deşik axtarar. Ağıllarını başlarına yığsınlar.

(A9 TV; 9 dekabr 2014)

Bunu açıq şəkildə deyim ki, “mərhələ” deyə bir şey yoxdur. Bölünməyə əsla izn vermərik. Bax, səmimi surətdə, igidcəsinə açıq şəkildə deyirəm; bütün dünya dağılar, bütün dünya yerlə-yeksan olar. Qiyamət qopar. Heç bir şəkildə elə bir şey ola bilməz, bunu yaddan çıxartsınlar. Əgər Türkiyəni bizə yar etməyə çalışmasanız, biz də sizə dünyanı yar etmərik.

(A9 TV; 9 dekabr 2014)

Mən müsəlmanı öldürtdürmərəm. Cinayətə mane olaram. İŞİD adam öldürür, zorakılıq tətbiq edir. Biz qəti surətdə buna qarşı çıxırıq. Amma sən güc tətbiq edən kimsəni öldürməyə çalışsan, sənin ondan fərqin qalmaz. Olmaz.

(A9 TV; 7 dekabr 2014)

Sevgisizlik qəzəb meydana gətirər, əsəb pozğunluğu meydana gətirər. O nifrətlə də hücum edəcək, kinini tökəcək bir yer axtarır. Cüzi bir şey də istəmir. Yandırmaq, öldürmək istəyir; başını yaracaq, qanı su yerinə axıdacaq. Qan gördükdə isə əsəbi bir az olsun sakitləşər. Şeytanın xüsusiyyətidir bu, şeytan qanla doyar.

(A9 TV; 7 dekabr 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)