Cinayəti, əsgəri polisi vuranları bağışlayıb bunu halal, qanuni hala gətirmək, cinayətə sövq etmək mənasını verər. Əsgəri, polisi heç yerinə qoymaq mənasını verər. Bu şəhid ailələrinə edilmiş ən böyük təhqir olar. Bunu edən insan da dünyanın ən alçaq adamı olar.
(A9 TV; 12 dekabr 2014)
Əsgəri, polisi vuran qatilləri bağışlamaq ən böyük əxlaqsızlıqdır. Bunu edən də ən əxlaqsız biri olar.
(A9 TV; 12 dekabr 2014)
PKK-nın ipini bazara çıxaran biri olaraq PKK-nın etibar qazanma fəaliyyətlərini dayandırdıq. Murdar, namərd və xain olduğunu hamıya eşitdirdik.
(A9 TV; 12 dekabr 2014)
Allah camaatla hökuməti barışdırsın. Allah hər iki tərəfə də xeyir yolda müvəffəqiyyət versin. Allah şeytanı məhv etsin. Bizə şeytanı məğlub etməyi nəsib etsin. Allah Dəccala aman verməsin.
(A9 TV; 11 dekabr 2014)
Allah camaat ilə hökumətin aralarını düzəltsin, qəlblərinə rahatlıq versin. Allah bütün müsəlmanların qəlbindəki qəzəbi, ədavəti, düşmənçiliyi yox etsin, Rəbbim qəlblərə rahatlıq, fərahlıq, gözəllik versin. Allah millətin üzərindəki çətinliyi aradan qaldırsın. Allah onları qardaşlıq, sevgi, məhəbbət ruhu ilə bir-birinə bağlasın.
(A9 TV; 11 dekabr 2014)
Hökumətlə camaatı barışdırmaq lazımdır. Bunları seyr etmək olmaz. Haram olar. Bütün islam aləminin tək ümidi bizik. Pakistan, Hindistan, Suriya, bunların hamısı, bütün məzlumlar bizdən nə isə gözləyir. Hal-hazırda buradakı bu döyüş bizə necə təsir edər? Bu işin axırı hara gedir? İnadkar və qərarlı bir surətdə sülh yaratmaq səyinə davam etməliyik. Həmçinin də dua edək.
(A9 TV; 11 dekabr 2014)
Din dərsində ələvilik, sünnilik, vəhhabilik, xristianlıq, yəhudilik, bunların hamısı izah edilsin. Bütün dinlər, məzhəblər izah edilməlidir. Onda ələvisi də, sünnisi də, hamısı bu dərslərdə iştirak edib, bu əhəmiyyətli mədəniyyəti mənimsəmiş olarlar.
(A9 TV; 10 dekabr 2014)
Əli qolu bağlı, polislərin arasında aparılan bir insanın üzərinə hücum etmək, ağzını burnunu əzmək olduqca ayıb, çirkin və aciz olan bir hərəkətdir. Həbsxanada adam döymək, polis bölməsində adam döymək, qandallı adamı döymək, bu kimi hərəkətlər dəliqanlılıq deyil. Tam əksidir.
(A9 TV; 10 dekabr 2014)
Əgər insanlar Tayyib hocamı aradan götürməyi qəbul edərlərsə, vəfasızlıq ucbatından bütün insanların qəlbində bir acı meydana gələr. Tayyib hocamı mütləq qorumaq lazımdır. Müxaliflər də daha vicdanla yaxınlaşsalar, daha gözəl olar.
(A9 TV; 10 dekabr 2014)
Təhdid peyğəmbərlərin yaşadıqları bir qanundur, sünnədir. Təhdidi yaradan Allahdır.
(A9 TV; 10 dekabr 2014)





