Amnistiya ikiqat cinayətdir. Əgər bir insan əsgəri, polisi öldürdüsə, şəhid etdisə və bunların da sayı on minlərlədirsə, on minlərləsini də şikəst etdisə, sən də bunu halal edəcək şəkildə belə bir şeyə izin versən, deməli, PKK-dan milyonlarla dəfə daha alçaq, daha namərd, daha xainsən.

(A9 TV; 12 dekabr 2014)

Abdullah Öcalan: “Mən Allaha inanırdım, mənə darvinist təhsil verdilər, Allahı inkar etdim, dinsiz oldum” deyir. Yaxın Şərq darvinist-materialist təhsildən ötrü məhv oldu. Osmanlı imperiyası darvinist təhsildən ötrü süqut etdi. Hələ də bu yanlışlıq davam edir.

(A9 TV; 12 dekabr 2014)

“Hökumət PKK-nı əfv etməli, Abdullah Öcalanı sərbəst buraxmalı, bölgəyə muxtariyyət verməlidir” kimi sözlər deyilməsi hökumətə edilən təhqirdir. Hökumət bu təhqirlərə qarşı tədbir alsın. Özünü belə təhqir etdirməsin. Bu çox alçaldıcı bir təhqirdir. Dəccalın belə qəbul edə bilməyəcəyi bir vəziyyətdir.

(A9 TV; 12 dekabr 2014)

Əgər biri çıxıb da; (HafezanAllah) “PKK-nın əfv edilməsi lazımdır” desə, belə ki, bunun mənası aydındır; bu “etdikləri çox normal idi, əsgər də vurular, polis də vurular, əlbəttə ki, şəhid edəcək (haşa neuzubillah) əllərinə sağlıq”. Bu adam PKK-dan milyonlarla dəfə daha alçaq, daha namərd və daha xaindir. Onda PKK bu adamın yanında süddən çıxmış ağ qaşıq kimi olar. Deməli, dünyanın ən alçaq, ən namərd insanıdır bu adam.

(A9 TV; 12 dekabr 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)