Allah sevgisi ən mühüm mövzudur. Allahı sevməkdəki əsas məsələ insanın özünü sıxmamağıdır. İnsanlar şirkə ağlasığmaz dərəcədə meyllidir. Şirkə qarşı beyni həmişə qorumaq, çox səmimi olmaq lazımdır. Diqqət şirk mövzusunda olmalıdır. Səmimiyyət də zövqlüdür, enerji tələb etməz. Səmimiyyət dünyanın ən şirin, ən ləzzətli nemətlərindən biridir. Allah sevgisi insanların bir hissəsində əskik olduğu üçün insanların bir-birinə sevgisi də az olur. Yerinə həsəd, kin, nifrət, qəzəb gəlir. Bilavasitə Allahı çox sevsələr insanların hal-hazırda dünyada yaşadıqları həyat tam fərqli olar, dünya açıq-aydın cənnət kimi çox rahat olacaqları bir yer olar. Dünya miqyasında bir çox insan Allaha qarşı nankor olduğu üçün, Allah da onları hiss etdirmədən əzir. Onlar öz aləmlərində Allahı aldatdıqlarını zənn edirlər, Allah isə onları hiss etdirmədən əzir. Bütün gözəlliklərin tək mənbəyi Allahdır. Sevginin tək mənbəyi Allahdır. Övladını, arvadını, pişiyini, quşunu çox sevdiyin zaman Allahı sevdiyini bilmir bir çox insan. Bütün təsvir Allaha məxsusdur.
(A9 TV; 3 yanvar 2018)
Təkamülü göstərən bircə fosil nümunəsi yoxdur. Bundan da qabaq, bir tək zülal belə təsadüfən əmələ gələ bilmir. Elmi olaraq zülalın öz-özünə əmələ gəlməsinin qeyri-mümkün olduğu sübut edildi. Bu dəfə də təkamülçülər, yadplanetlilər ilk zülalı gətirmiş ola bilər deməyə başladılar.
(A9 TV; 3 yanvar 2018)
Müsəlmanların bir-birinin qanını tökməsi dəhşət vericidir. Müsəlmanlar həm bir-birlərini, həm də bütün insanları qorumaqla məsuldur. Hər insan müsəlmanlara əmanətdir.
(A9 TV; 3 yanvar 2018)
Münafiq müsəlmanların arasına göndərilən nadir varlıqdır. Şeytanın insan formasına düşərək müsəlmanlar arasına göndərilməsi xüsusi haldır. Bunu gördüyümüz zaman Qurandakı münafiq ayələrinin tətbiqi olunması ibadətinin vaxtı gəlmiş olar. Münafiqlərlə elmi mübarizə namaz, oruc kimi bütün müsəlmanlara fərzdir.
(A9 TV; 3 yanvar 2018)
Qadınlar getdikləri hər yeri Günəş kimi işıqlandırar. Mənim qız dostlarımın iffəti, imanı, sevgi dərinliyi əsas təsiri yaradır. Dünyanın hər yerində yeni il qeyd edilir, insanları o qədər maraqlandırmır. Lakin dostlarımın mənəvi gözəlliyi heyrətamiz cazibə yaradır və insanların ən çox diqqətini bu çəkir.
(A9 TV; 3 yanvar 2018)
Tayyib hocam səmimi dəliqanlıdır. Baş nazirimiz Binalı Yıldırım da çox dəyərli insandır. Onların əleyhinə qurulan hər tələ puç olur. Dəccaliyyətin hücumuna qarşı Tayyib hocamı tək qoymaq çox böyük vicdansızlıq olar.
(A9 TV; 3 yanvar 2018)
Bir insan dindardırsa, həmişə Allah ilə əlaqədədirsə, əsas xarakteri Allah sevgisinə əsaslanırsa o insana Allah çox gözəl dostluqlar nəsib edər. Allah ilə əlaqəni kəssən həmişə tərslik, gərginlik və narahatlıq olar. Hər kəsi Allahın təcəllisi olaraq sevsən, o zaman həmişə gözəllik, yaxşılıq, dostluq qazanarsan.
(A9 TV; 2 yanvar 2018)
Allahın sənətini tam başa düşən insan imtahanda çətinlik çəkməz. Bütün qarışıqlığın, əzabların səbəbi iman zəifliyidir. Səbəbi də Allahın sənətini düşünərkən tənbəllik etməkdir. Hər kəs Allahın sənətini görər, lakin az düşünüb keçər. Allah çox dərindən düşünməyimizi istəyir.
(A9 TV; 2 yanvar 2018)
İnsanı səhvləri ilə qəbul etmək demək, xüsusilə axirətə aid səhv vardırsa, sevdiyinin məhv olmasını qəbul etmək deməkdir. Tam əksinə, dərhal xilas etmək lazımdır. Gözəl, mehriban üslubla, incitmədən səhvlərini demək, düzəltməsi üçün kömək etmək lazımdır. İnsanların seviləcək cəhətini azaldan səhvləri vardırsa onları da incitmədən düzəltmək əhəmiyyətlidir. İnsan sevdiyinin gözəlliyini itirməsinə tamaşaçı qalmamalıdır.
(A9 TV; 2 yanvar 2018)
Ən dərin eşqlə Allahı sevmək üçün dua əhəmiyyətlidir, ən mühüm budur. Allahın yeganə məqsədi ən dərin eşqlə sevilməkdir. Hər şeydə məqsədi budur.
(A9 TV; 2 yanvar 2018)





