Cənub-Şərq bölgəsində vətəndaşın 24 saat qorunması vacibdir. O yerlər təhlükəlidir. Polis o yerlərdə kiçik polis idarələri qura bilər. Təhlükəsizlik nöqtələri yaratmalıdır. Bir çox zirehli vasitə vardır, bunlarla orada keşik çəkə bilərlər.

(A9 TV; 27 dekabr 2014)

Həqiqi Mehdi (ə.s) zəif bir gücə sahibdir. Yəni kiçik bir camaatı, kiçik bir birliyi vardır. Allah kiçikdən böyüyü hazırlamağı, böyük şeyləri yaratmağı çox sevir. Məsələn, Allah 15-20 il müddətində kiçik bir toxumdan, balaca bir əncir çəyirdəyindən 25-30 metr hündürlüyündə bir ağac meydana gətirir və ondan da yüz minlərlə meyvə verir.

(A9 TV; 26 dekabr 2014)

Prezident idarəetmə modeli çox təhlükəlidir. Misirdə prezident idarəetmə sistemi vardı amma çökdü, Suriyada vardı o da çökdü, İraqda vardı o da çökdü. Amerikada var, Amerika məhv oldu. Prezident idarəetmə sistemi dünyada mövcud olduğu hər yerə bir uğursuzluq gətirdi. Parlament idarəetmə sistemində daim bir tarazlıq oldu. Bu bir həqiqətdir.

(A9 TV; 25 dekabr 2014)

Allah Amerika iqtisadiyyatını çökdürür. Çökdürməsinin səbəbi Moşiyah Mehdi (ə.s)-ın zühuruna xüsusi təməl hazırlamaqdır. Rusiyanı da çökdürür. Yenə Moşiyah Mehdi (ə.s)-a təməl hazırlamaq üçün belə edir.

(A9 TV; 24 dekabr 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)