Münafiqlə mübarizə aparmaq çətindir. Kafirlərlə mübarizə aparmaq çətindir. Allah üçün İslama xidmət etmək asan deyil. Çətinliklərlə qarşılaşacaq. Müsəlmanı gözəlləşdirən də məhz budur. Peyğəmbərimiz (s.ə.v)-in o qədər gözəl olmasının səbəbi çəkdiyi çətinliklərdir.
(A9 TV; 30 dekabr 2014)
Müsəlman çətinlik içində Allahın dinini yaşayan kimsədir. Allah: “Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Əlbəttə ki, hər çətinliyin ardınca asanlıq gəlir” (İnşirah surəsi, 5-6) deyir. Müsəlman mütləq bununla qarşılaşacaq.
(A9 TV; 30 dekabr 2014)
Deyir ki, “Mən çox xoşbəxt yaşadım, ömrüm boyu heç bir çətinliklə qarşılaşmadım”. Bu qazanc deyil ki. Bir sözlə cənnətə gedə bilməz. Allah ayədə: “Yoxsa siz elə güman etdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız?” (Bəqərə surəsi, 214) deyir. Müsəlman Allah yolunda mübarizə aparacaq, çətinliklərlə üzləşəcək, zəhmət çəkəcək. Kafirlərə qarşı, münafiqlərə qarşı mübarizə aparacaq.
(A9 TV; 30 dekabr 2014)
Allah yolunda mübarizə aparan gözəlləşər. Allah yolunda çətinlik çəkən gözəlləşər. Çətinlik çəkməyən çirkinləşər, mənası itər, donuqlaşar, kütləşər. Yəni kütləvi olar.
(A9 TV; 30 dekabr 2014)
“Qızıl Alma” söylənilməyən gizli bir məfkurədir (amaldır). Yəni İslamın, İslam əxlaqının, İslamla iç-içə keçmiş türklüyün gözəl adətinin, ənənəsinin, sevgi anlayışının bütün dünyaya, ətrafa yayılmasıdır.
(A9 TV; 30 dekabr 2014)
Atatürkçü demək; müasir olmaq, ziyalı, ağıllı, doğru-dürüst olmaq, Allahı çox sevmək, İslam aləminin birliyini, Türk aləminin birliyini müdafiə etmək, Qızıl Almaçı olmaq, nəzakətli, mükəmməl, yaraşıqlı olmaq deməkdir. Atatürkçülük budur.
(A9 TV; 30 dekabr 2014)
Sevgisizliyi əhəmiyyətsiz bir şey hesab edirlər. Bütün dünyanı bu sistem məhv etmədimi? Amerika çökdü, Rusiya çökdü. Hələlik ilk mərhələsindədirlər, daha da çökəcəklər. Avropa məhv oldu, Avropa iflasa uğradı. Tək səbəbi sevgisizlikdir, eqoizmdir. Dünya bütün insanlara min dəfə bəs edər.
(A9 TV; 29 dekabr 2014)
Mehdiyyət; Xristianı, yəhudini, müsəlmanı bir-birinə dost və qardaş edəcək bir sistemdir. Mehdiyyət; Bütün müsəlmanları məzhəb ayrı-seçkiliyinə yol vermədən bir araya gətirəcək sistemin adıdır. Mehdiyyətdən başqa həll yolu yoxdur.
(A9 TV; 29 dekabr 2014)
Dövlət himnindən, bayrağından imtina edən bir millət məhv olub deməkdir. Artıq yaşamasının mənası yoxdur.
(A9 TV; 29 dekabr 2014)
“PKK” üzvüyəm deyənlərin böyük hissəsi PKK-dan nifrət edir. Təhdidə görə belə deyir. Adamların əlində avtomatik silahlar var. Xalq silahsızdır. Qorxudan bunlara “ağam, paşam” deyirlər. Bu çox dəhşətli bir vəziyyətdir.
(A9 TV; 29 dekabr 2014)





