Allah iqtisadi çöküş yaratmaq vəzifəsini Mikayıla tapşırır. Amerikada iqtisadiyyatı çökdürən Mikayıldır. Allah Mikayıla əmr verdi və iqtisadiyyatı alt-üst etdi. Mikayıl insanlara ilham verər. Başına ilham verər, ona istədiyini etdirər. Əslində Allah edər, amma Mikayılı vəsilə edər.

(A9 TV; 24 dekabr 2014)

Türkiyədə ən böyük təhlükə darvinist-materialist təhsildir. Darvinizmin gənc nəslə həqiqət kimi izah edilməsi və bu dinsizlik, Allahsızlıq təbliğatının daim hər yerdə dəstəklənilməsi, bölgənin də, Yaxın Şərqin də, dünyanın da baş bəlasıdır. Bu ən böyük təhlükədir.

(A9 TV; 24 dekabr 2014)

MHP tez-tez bəyanat versin. Bölünməyə qarşı çıxdığına, Abdullah Öcalanın sərbəst buraxılmasının mümkün olmadığına, qeyri-mümkün olduğuna dair aydın açıqlamalar versin ki, Tayyib hocanın da əli güclənsin.

(A9 TV; 23 dekabr 2014)

Türkiyəni bölmələrinə icazə vermərik. Türkiyənin dağılması, Yaxın Şərqin dağılması deməkdir. Yaxın Şərqin dağılması bütün bölgənin dağılması və qiyamətin qopması deməkdir.

(A9 TV; 23 dekabr 2014)

PKK zorakılığının, PKK təhdidinin hakim olduğu vilayətlərdə seçim bitərəf PKK-nın istədiyi kimi reallaşır. Bu təhdid aradan qaldırılsa xalq istədiyi kimi partiyaları seçər. Təhdid davam etdiyi müddətcə Cənub Şərq bölgəsində ədalətli bir seçim aparıla bilməz.

(A9 TV; 21 dekabr 2014)

Dünyada hər bir dinin mənsubuna hücum edilir. O, sevgisizlikdən qaynaqlanır, zülm ruhundan qaynaqlanır. Bunun üçün də dünyada darvinist, materialist təhsilə son verilməlidir. Yoxsa o mərhəmətsizlik həmişə davam edər.

(A9 TV; 20 dekabr 2014)

Darvinist, materialist təhsilə son verilmədiyi müddətcə dünyanı fəlakətlər bürüməyə davam edəcək. Allaha meydan oxunulan bir üslubdan istifadə edilir (əstəğfürullah), həmçinin bundan dünya səviyyəsində, bütün məktəblərdə istifadə edilir. Adamlar: “Allah yoxdur” deyir. “Darvinin dedikləri həqiqətdir. Təsadüfən yaradıldınız” deyirlər. Bunu Allah bəyənməz. Ona görə də dünyada bərəkət qalmadı. Hər yeri qan, bəla, əzab bürüdü. Getdikcə də artaraq davam edir. Söz eşitsinlər, bundan imtina etsinlər.

(A9 TV; 20 dekabr 2014)

Ümumiyyətlə, tarix boyu dünyanı qadınlar üçün cəhənnəm mühitinə çevirmişdilər. Qadın olaraq dünyaya gəldiyi təqdirdə əylənmə, istədiyi kimi geyinmə, bəzənmə imkanı yoxdur, sevib-sevilmə hüququ yoxdur, sevinməsi qadağandır, hər şey qadağandır. Buraxın əylənsinlər, şən olsunlar, istədikləri kimi geyinsinlər. Artıq yaxalarından əl çəkin, imkan verin hüzurlu yaşasınlar.

(A9 TV; 19 dekabr 2014)

Yəhudilər Tövratı heçə sayarlarsa, Allahın hökmünü əhəmiyyətsiz görərlərsə, İsraili çox böyük bir fəlakət bürüyər. Amma Allahın onlara kömək edəcəyinə, Moşiyah vasitəsiylə kömək edəcəyinə inanar, dua edərlərsə, Allah da onları xilas edəcək.

(A9 TV; 18 dekabr 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)