Yəhudi qaynaqlarına görə Moşiyahın gəliş vaxtı 1999-2012-ci illərdir. Yəhudi təqviminə görə vaxt tamamdır. Tövratdakı əlamətlərinin hamısı baş verdi. Buna görə də, hal-hazırda yəhudilərin ən əhəmiyyətli vəzifəsi Allaha Moşiyahın çıxışı üçün dua etmələri, yalvarmalarıdır.
(A9 TV; 18 dekabr 2014)
İsrail ilə Türkiyəni üz-üzə gətirməyə çalışmaq çox pis olar. İsrail xalqı keçmişdən bəri qoruyub himayə etdiyimiz, şəfqətlə davrandığımız bir cəmiyyətdir. Türk milləti yəhudi düşməni deyildir, yəhudiləri sevər.
(A9 TV; 18 dekabr 2014)
Camaatı müsbət hala gətirək. İrəli sürülən yeganə şərt siyasətlə əlaqələrinin olmamasıdır. Siyasətdən üstün olsunlar. Xeyli müvəffəqiyyət qazanarlar. Hər kəs sevər. Orada çox səhv strategiya tətbiq olundu. Siyasətə girdilər. İş qarışdı.
(A9 TV; 17 dekabr 2014)
Camaatla hökumət barışsın, dost olsunlar. Əsas məsələ anlayışlı, mehriban olmaları, eqoist, təkəbbürlü olmamalarıdır. Bir də camaatın siyasətə qarışmamasıdır. Ən önəmli məsələ budur. Siyasətə qarışmasalar məsələ bitər.
(A9 TV; 17 dekabr 2014)
Türkiyədə iki qrup vardır. Birincisi Türkiyəni bölmək istəyən 1% nisbətindəki xainlər. İkincisi də Türkiyənin bütövlüyünü müdafiə edən 99% nisbətindəki Türkiyənin sahibləri vardır. O 1% nisbətindəki xainlər də ətraf ölkələrdən gələn dəstəklə ayaqda duran ətraf ölkələrin adamlarıdır. Bu səbəbdən də belə bir şeyə heç kim fikir verməz.
(A9 TV; 17 dekabr 2014)
Türkiyədə nizami, cəsur, ağıllı, keyfiyyətli, müasir silahlarla təchiz edilmiş bir ordu vardır. Cəsur, ağıllı polis vardır. Cəsur, ağıllı jandarma vardır. Türkiyəni böləcək adam hələ dünyaya gəlmədi.
(A9 TV; 17 dekabr 2014)
Türkiyədə əsas fikir Türkiyənin bölünməməsi istiqamətindədir. Yəni 99% budur. Tək dövlət, tək bayraq, tək millət. Kürd qardaşlarımız da eyni fikirdədir, biz də eyni fikirdəyik.
(A9 TV; 17 dekabr 2014)
Heyvanlara edilən işgəncə əxlaqsızlıqdır, zülmdür. İşgəncə etdikləri üçün, heyvana zülm etdikləri üçün Allah da o qövmü həlak edir. Quranda ayə vardır, heyvana işgəncə verməyin cəzası çox ağırdır. Düşün Allah qövmü həlak edir. Bunu edənlər Allahın qəzəbinə düçar olurlar.
(A9 TV; 17 dekabr 2014)
PKK; murdar, namərd, xaindir. Kürd; şərəflidir, əsilzadədir, nurludur, soyludur.
(A9 TV; 17 dekabr 2014)
Kürdlər dindardır, alicənabdır, tərbiyəlidir, pakdır, Allahdan qorxar, əsilzadədir, soyludur. PKK-çılar fırıldaqçı, şəxsiyyətsiz adamlardır.
(A9 TV; 17 dekabr 2014)





