PKK kürd qardaşlarımızın üstündə ağalıq etməyə çalışır. Bu isə kürd qardaşlarımıza çox ağır gəlir. Şərəflərinə çox ağır gəlir. Dövlət, hökumət onların etdikləri bu alçaqlığa son verməlidir. PKK-nın etdiyi əclaflığa son verməlidir.
(A9 TV; 29 dekabr 2014)
PKK-nın silahı yerə qoyması deyilən mövzu yoxdur. Silahı yerə qoymalarını gözləməyə ehtiyac yoxdur. Gedib silahlarını əllərindən almaq, qulaqlarından tutub yapışmaq və əgər cinayət ediblərsə də həbsxanaya qoymaq lazımdır. Onsuz da silah daşıması belə cinayətdir.
(A9 TV; 29 dekabr 2014)
Kürd qardaşlarımız çox şərəfli insanlardır. Bu heysiyyətsizlər əllərində silah olduğu üçün kürd qardaşlarımızı, analarımızı çox incidirlər. PKK-nın əlindəki silahların hamısı toplansın.
(A9 TV; 29 dekabr 2014)
PKK yuvasına qaçsa belə polis onu qulağından tutub çıxartsın. Bunlar bir dəstə alçaq, özündən razı adamlardır. Qəribə şəkildə azıb qudurdular. Kürd qardaşlarımız, kürd canlarımız bunlardan nifrət edir.
(A9 TV; 29 dekabr 2014)
Mehmetçiyə daha uzaq məsafəni vuran, daha yüksək atış sürətinə malik silah verək. Bu çox qarşısını alar. Görünüşü belə çox qarşısını alar. Quranda silahın qarşısını almağa işarə edilir, Allah belə buyurur; tədbir alın, güclü silahlar hazırlayın. Bu, düşmənlərinizin qarşısını alar.
(A9 TV; 28 dekabr 2014)
Türkiyə dövləti bir hadisə olduğu təqdirdə bütün Yaxın Şərqi yola gətirəcək gücdədir. Türkiyənin əlinin çatmayacağı yer yoxdur. Açıq şəkildə deyim ki, bura Amerika da daxildir.
(A9 TV; 28 dekabr 2014)
Hal-hazırda Cənub-Şərq bölgəsinin çox yerinə girmək qeyri-mümkündür. Nə kitab apara bilirik, nə də təbliğ edə bilirik. Heç bir şey edə bilmirik. Çünki, adamlar silahlıdır. Adamlardakı silahlar toplanılmalıdır.
(A9 TV; 27 dekabr 2014)
Cənub-Şərq bölgəsindəki vətəndaşlarımız səbirli olsunlar, yerlərindən tərpənməsinlər, heç vaxt bölgəni tərk etməsinlər. Əksinə çıxıb gedənlər varsa geri qayıtsınlar. Cəsur olsunlar, Allaha təvəkkül etsinlər. Dövlətimiz 48 saat ərzində işğal edilən hər yeri geri qaytarar. Bir əmri gözləyir. Bu alçaqları çıxartmağımız 5 dəqiqə çəkər.
(A9 TV; 27 dekabr 2014)
Dövlət Xüsusi Hərəkat polislərinin sayını xeyli artırmalıdır. Hər yerdə Xüsusi Hərəkat kursları olsun. Xüsusi Təyinatlıların sayı azdır. Xüsusi Təyinatlıların sayı ən azı 30 minə, 40 minə qaldırılmalıdır.
(A9 TV; 27 dekabr 2014)
PKK-nın silahı var, dürüst, alicənab insanların silahı yoxdur. Dövlət belə təhlükəli bölgələrdə yaşayan, güvəndiyi, şəxsiyyətinə, əxlaqına, hamının etibar etdiyi insanlara rüsxətli silah versin. Vətəndaş bu imkanlara sahib olsa, PKK bu cür azğınlıq edə bilməz.
(A9 TV; 27 dekabr 2014)





