Millət özünü alçaltmayana səs verər. Özünü adam yerinə qoyana, özünə yuxarıdan aşağı baxmayana, özünə hədə-qorxu gəlməyənə, üzündə azğın ifadə olmayana, öz dəyərləriylə mübarizə aparmayana, sevdiyi kimsələri təhqir etməyənə səs verər. Allahına, Kitabına, dininə, imanına sevgi bəsləyənə səs verər. Mövzunun sirri budur.
(A9 TV; 30 dekabr 2014)
CHP gecə-gündüz Allahdan bəhs etsin, cənab Kılıçdaroğlu ayələrlə danışsın, İslam Birliyini müdafiə etdiklərini açıq şəkildə bildirsinlər. Sülhü, qardaşlığı, sevgini, Bədiüzzamanı tərifləsinlər, Süleyman Hilmi Tunahanı tərifləsinlər. Bir sözlə, Atatürkün dindarlıq anlayışını müdafiə etsinlər. Eynilə Atatürk kimi olsunlar, qalib gələrlər, 70% səs çoxluğu ilə hakimiyyətə gələrlər.
(A9 TV; 30 dekabr 2014)
Çətinliklərin möminlər üzərindəki təsiri kafirlər üzərindəki təsirinin tam əksidir. Bu təsir kafirləri bilavasitə çökdürdüyü halda, möminləri də bilavasitə mükəmməlləşdirər. Bu Allahın gizli bir elmidir, Onun ledün elmidir, diqqətlə baxmayan bunu görməz. İmanın nuruyla baxan görər.
(A9 TV; 30 dekabr 2014)
Çətinliklər mömin üçün onu cavanlaşdıran, gözəlləşdirən, şüurunu açan, dərinliyini artıran, fərasətini və bəsirətini inkişaf etdirən bir nemətə çevrilər.
(A9 TV; 30 dekabr 2014)
Əziyyət çəkən adam, çətinlik çəkən adam gözəl olar. Getdikcə gözəlləşir, getdikcə cavanlaşır. Əgər kafir bunu yaşamış olsa, əziyyətə dözməyib əldən düşər. Amma mömin əziyyət çəkməklə cavanlaşıb, gümrah olur. Tamamilə əks təsir göstərər.
(A9 TV; 30 dekabr 2014)
Allah cüzi bir imkan versə belə möminlərin içində xoşbəxt olarsan. Cüzi bir gözəllik yaratsa belə, bu mömin üçün böyük bir gözəllik olar. Məsələn, müsəlmanın kiçik bir süfrəsi olur, lakin onunla xoşbəxt olur. Amma kafirlər elə deyil, ən gözəl süfrə olsa belə daha yaxşısını istəyir. Mömin şükür etməyi bilir, halına şükür edir.
(A9 TV; 30 dekabr 2014)
Kafirlər müsəlmanlara baxarkən Allah onların gözündə bir pərdə meydana gətirir. Onları oradakı gözəlliyi görə bilməyəcək hala gətirir. “Bunlar həyatı yaşamırlar” deyir.
(A9 TV; 30 dekabr 2014)
Müsəlman mütləq əziyyət, çətinlik, zəhmət çəkərək yaşamaq məcburiyyətindədir. Məsələn, Allah üçün kitab yazar, tədqiqatlar aparar, başqa biri isə gəzər, əylənər filan, amma müsəlman çətinlik içində olar. Görərsən ki, əl-üzü çox nurludur, gözəlləşmişdir. Digəri: “Həyatımı yaşayıram” deyir. Bir də görərsən ki, donuqlaşmış, mənasını itirmişdir. Əylənə də bilməz o. Əyləndiyini zənn edər, amma əylənə bilməz.
(A9 TV; 30 dekabr 2014)
“Mən Cənnətə gedəcəyəm” deyir. Əgər sən Allah yolunda iztirab, əziyyət və çətinlik çəkməsən, onda cənnətə gedə bilməzsən. Sən kimsən bilirsənmi? Allah uzaq eləsin, sən insan surətində yaradılmış, gözəl görünüşlü, lakin ruhsuz bir varlıqsan. Bunların cənnətə getməsi qeyri-mümkündür. Bunlar dünya həyatı üçün xüsusi olaraq bir keçid forması kimi yaradılır.
(A9 TV; 30 dekabr 2014)
Əziyyətlər insanı gözəlləşdirir.
(A9 TV; 30 dekabr 2014)





