Şirk meylinə qarşı daim ayıq-sayıq, diqqətli olmaq lazımdır. Xəstəliklərdə, universitet imtahanlarında, yoldaş seçimində hər şeydə bu şirk başlarına bəla olur. Halbuki, daim Allah ilə əlaqədə olub, daim dua etməklə Onunla iç-içə olmalıdırlar. Onda bərəkət çox olar.

(A9 TV; 1 yanvar 2015)

İçimizə əmanət bir ruh qoyulmuşdur, ən zəif maddədən yaradılmışıq. Qaya, polad, dəmir bunların hamısı möhkəmdir; amma ət-sümük ən davamsız maddədir. Dərhal dağılır. Dərhal çürüyər, dərhal parçalanar. Onun içindəki ruh orada gözləyir. Ət-sümük öldüyündə, o sərbəst olur.

(A9 TV; 1 yanvar 2015)

Döyüşə yer yoxdur, nifrətə yer yoxdur. Dünyaya sevgini öyrədəcəyik. Nifrət xeyli iztirab verici, əzab verici, yorucu və iyrənc bir şeydir. Sevgi xeyli gözəldir. İsrail, İordaniya, oralar inanılmaz dərəcədə gözəl yerlərdir. Barışın, qucaqlayın bir-birinizi, qardaş olun.

(A9 TV; 1 yanvar 2015)

PKK təhdidinin olduğu yerdə seçki aparıla bilməz. O seçki etibarlı olmaz. Əgər ora əsgərlər və polislərlə dolsa, xalqın təhlükəsizliyi tam təmin edilsə, PKK tamamilə oradan çıxardılsa, onda olar. Başqa cür olduqda adam məcburən PKK, yaxud HDP-yə səs verər.

(A9 TV; 1 yanvar 2015)

PKK: “Müdafiə sistemi ləğv edilsin” deyir. Bu nə deməkdir? Bu; müdafiə sistemi iki mislinə qaldırılmalıdır, deməkdir. İndi bunlar ağ dedisə qaradır. Qara dedisə ağdır. Müdafiə sistemi ləğv edilsin nə deməkdir? “Bu onlar üçün ən əhəmiyyətli təhlükələrdən biridir” deməkdir.

(A9 TV; 31 dekabr 2014)

İŞİD Türk kəşfiyyatçılarına əsla toxunmasın. Onlar yaxşı niyyətlidirlər. Hər kəsin xeyri naminə oradadırlar. Kəşfiyyatçı igidlərimizi gördüklərində Türkiyəyə təhvil versinlər. Bu qədər. Heç vaxt qətlə yetirmək olmaz. Haram olar.

(A9 TV; 30 dekabr 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)