Eqoistlik bölünməyə gətirib çıxarar. Adam malına bağlanar. Eqoistliyin xüsusiyyəti budur. Amma eqoistlik yoxdursa, səxavətli olmaq vardır. Səxavətli olmaq hədd-hüdud bilməz. Məhz belə də olmalıdır ki, sən rahat şəkildə comərdlik edə biləsən, dostluğunu, sevgini rahat şəkildə göstərə biləsən.

(A9 TV; 3 yanvar 2015)

Eqoistliyin olduğu yerdə həyat ölər. Eqoistlik zəhərdir, güclü bir zəhərdir. Yəni bir milliqramı belə cəmiyyəti öldürər. Cəmiyyətdəki eqoistlik yox olmalıdır.

(A9 TV; 3 yanvar 2015)

Birlikdə bərəkət vardır. Məsələn, Avropa ölkələri birləşdi, amma aralarında bir iman bağı, bir sevgi bağı olmadığı üçün müvəffəqiyyət qazana bilmədilər. İslam aləmi birləşdikdə aralarında bir sevgi bağı da olacağı, sərhədlərsə olmayacağı üçün; yəni viza, pasport kimi şeylər olmayacağı üçün ticarət də, dostluq da asan olacaq. Çevik, aktiv, canlı, gur-gur guruldayan bir həyat olacaq. Sevgiyə, comərdliyə əsaslanan, eqoistlikdən uzaq bir həyat.

(A9 TV; 3 yanvar 2015)

Demokratiya ilə gələn demokratiya ilə gedər. Seçki ilə gələn seçki ilə də gedər. Hakimiyyətə gələn rəhbərlik üç-beş video kasetlə, üç-beş kəlimə ilə dərhal hakimiyyətdən devrilə bilirsə, təhdidlə devrilə bilirsə, deməli ortada demokratiya yoxdur.

(A9 TV; 2 yanvar 2015)

Xüsusi Hərəkata çox yaxşı dəstək verilməlidir. Saylarının da qısa müddətdə 40 minə qaldırılması faydalıdır. PKK-nın öhdəsindən Xüsusi Hərəkat gələr. Təcrübəsiz mehmetcikleri bunlarla üz-üzə gətirmək olduqca yanlışdır.

(A9 TV; 2 yanvar 2015)

Quranda sinaqoq nifrəti yoxdur. Kilsə nifrəti yoxdur. Əksinə, Allah müsəlmanlara kilsələri və sinaqoqları qorumasını söyləyir.

(A9 TV; 2 yanvar 2015)

“İsrail” peyğəmbər adıdır. “Məhv olsun İsrail” deyilməz. Quranda Yaqub (ə.s)-ın bir adı olaraq “İsrail” deyir. Quranda keçir İsrail adı. Sən nə deyirsən? “Məhv olsun İsrail” deyirsən, haşa.

(A9 TV; 2 yanvar 2015)

Hz. Musa (ə.s) da sənin peyğəmbərin, hz. İbrahim (ə.s) da sənin peyğəmbərindir. “Onlar yəhudilərin peyğəmbəridir” deyir, “O isə xristianların peyğəmbəridir” deyir. Onlar sənin peyğəmbərindir, İslam peyğəmbərləridir. Onlar müsəlmandır.

(A9 TV; 2 yanvar 2015)

Peyğəmbərimiz (s.ə.v)-in dünyaya gəlişi bizim üçün toydur, bayramdır. Dünyaya nur saçdı, işıq saçdı. Allah, ondan razı olsun. Biz ondan razı olduq, o da inşaAllah axirətdə bizlərdən razı olar. Əlbəttə ki, hamısından vacib Allahın razılığıdır, inşaAllah.

(A9 TV; 2 yanvar 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)