Cənnətə hazırlıq üçün maddənin əsli həqiqətini düşünmək əhəmiyyətlidir. Telefonun zəngini açırıq sevdiyimiz telefonun içində yaradılır. Əslində bu, çox böyük möcüzədir. Lakin insanlar səbəblərə o qədər qapılmış vəziyyətdədir ki, bu tərəfini elə də düşünmürlər. Allah istəsə o insanı həmin anda qarşında da yaradar. Ekranda yazılar olur, qarşıda biri yazır deyə düşünürlər. Hər hərfi Allah yazır. Dünyada bu təsvir sistemini yaxşı dərk edən insan cənnətdə yaradılışın necə olacağını daha yaxşı anlayar.

(A9 TV; 3 yanvar 2018)

Səmimiyyətin hüzuru içində təmkinli olmaq lazımdır. Bir şeyi bütləşdirmək, bir şeyin haşa Allahın təsiri altında olmadığını düşünməkdən uzaqlaşmaq lazımdır. “Bu dərman mənə yaxşı təsir edər” deyir, “atam qəzəblənər” deyir, “müdir qəzəblənər” deyir. Bütün bunlar Allahın təsvirdə yaratdığı hallardır. Allahı unudaraq bu hadisələrə qapılmaq olmaz. Allah ilə əlaqəni kəsməmək əhəmiyyətlidir. Hər hadisəni Allahın yaratdığını bilib, Allahın nə mesaj verdiyini anlamağa çalışaraq, doğru yolda davam etmək lazımdır. O zaman həyat çox gözəl olur. Çətinliklər, əziyyətlər olsa da, həyat mükəmməl olur, bu da Allahın möcüzəsidir.

(A9 TV; 3 yanvar 2018)

Musiqi bəstələyən insanlara, incəsənət xadimlərinə dəyər verməmək kobudluqdur. Nə gözəl küçədə Allah sənə musiqi təqdim edir. Necə ki, bağ-bağçalıq gördüyün zaman gözəllik nemət görürsənsə, musiqiçi gördüyün zaman da Allahın gözəl neməti olduğunu bilməlisən. Musiqiçilərin incəsənətini təqdir etmədən, hətta baxmadan keçmək böyük vicdansızlıqdır. İncəsənət xadiminə gözəllik təqdim etmək vicdani məsuliyyətdir.

(A9 TV; 3 yanvar 2018)

Evlərin pəncərələri üçün dəmir barmaqlıq düzəldilməsi normal qəbul edilir, lakin çox anormal haldır. Evlər arasında divarlar, dəmir barmaqlıqlar, qat-qat qıfıllar, sanki hər kəs həbsxana içində yaşayırmış kimi olur. İslam əxlaqı tam yaşansa, İslam Birliyi yaranmış olsa, bu cür narahat, gərgin mühit heç vaxt olmaz. Oğurluq heç vaxt olmaz.

(A9 TV; 3 yanvar 2018)

Saxta ziyalılara qibtə edənlər və ədabazlar Tayyib hocam kimi səmimi Anadolu dəliqanlısının prezident olmasına dözə bilmirlər. Bəziləri də inanılmaz həsəd aparırlar. Məsələlərə geniş baxa bilmədikləri üçün sadəcə “getsin” deyirlər, lakin bunun nəyə səbəb ola biləcəyini düşünə bilmirlər. Türkiyəni birbaşa mənfiyə doğru aparacaq bir şey istədiklərini dərk etmirlər. Tayyib hocam əlindən gəldiyinin ən artığı ilə vətən, millət, dövlət üçün səy göstərir.

(A9 TV; 3 yanvar 2018)

Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər 15-20 il ərzində Peyğəmbərimiz (s.ə.v)-in doğru və haqlı olduğunu bütün gücləri ilə deyirdilər. Sonra bir səhər (mənfəət əldə edə bilməyəcəklərini anladıqda) tam əksini söyləməyə başlayırlar. Allah onları 15-20 il ərzində istəməsələr də İslama xidmət etdirir.

(A9 TV; 3 yanvar 2018)

Allahın sənətini öyrənmək, yaddaşda saxlamaq çox mühüm mövzudur. İman həqiqətini elə səlis və səmimi izah etməlisən ki, qarşındakı insan səhrada qalıb su tapmış kimi şövqlə, həyəcanla dinləməlidir. İman həqiqətinin izahatında yaxşı rəsmlərdən istifadə etmək, qısa və vurğulayan izahatlar vermək əhəmiyyətlidir.

(A9 TV; 3 yanvar 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)