Küfrün ən əhəmiyyətli xüsusiyyəti eqoistlikdir. Allah onları xor qılmaqla və alçaltmaqla cəzalandırır. Onlara ən ağır gələn budur, belə ki, qürurlarının, eqoistliklərinin qırılması olur.

(A9 TV; 20 fevral 2015)

Hal-hazırda İslam aləminin çəkdiyi əzab, şirk bataqlığına düşmələriylə əlaqədardır. İslam aləmi şərik qoşduqları üçün inanılmaz bir əzab çəkir. Əgər şərik qoşmasaydılar, onda İslam çoxdan dünyaya hakim olardı. İslam dinini hüzur, rahatlıq, gözəllik və bərəkət içində yaşamaqla, onu yaymaq və izah etməklə xoşbəxt olacaqdılar.

(A9 TV; 20 fevral 2015)

Heç kim Türkiyənin bölünməsinə izin verməz. Abdullah Öcalanı da heç kim azadlığa çıxarmaz. Buna heç bir türk polisi izin verməz. Bizim bütün polislərimiz millətçidir. Vətən, millət, bayraq deyilən kimi, hamısının gözü dönər. Hamısı Allah üçün, vətən üçün, bayraq üçün ölümü gözə alar.

(A9 TV; 19 fevral 2015)

Bektaşilik Türkiyədə bir o qədər bilinmir, Ələvilik də bilinmir. Möhtəşəm bir dünyagörüşüdür. Onlar çox gözəl sevgi müəllimidir. Dostluq və qardaşlıq müəllimidirlər. Onların söhbətindən doymaq olmaz, söhbətləri çox gözəldir. Məclisləri gözəldir, natiqlik qabiliyyətləri də gözəldir. Yetkinliyin, insanlığın, dərinliyin ağlını, sirrini bilən insanlardır, mübarək, möhtəşəm insandırlar.

(A9 TV; 19 fevral 2015)

Müsəlmanla mübarizə apararlar. Müsəlman; mübarizə aparılan adam deməkdir. Müsəlman; düşməni çox olan adam deməkdir. Əsl müsəlmandırsa, əsl mübarizə adamıdırsa düşməni çox olar. Bir müsəlmanın ətrafında münafiq yoxdursa, onda o necə müsəlman ola bilər?. Müsəlmanın ətrafında çoxlu kafir və münafiq olar.

(A9 TV; 19 fevral 2015)

Qadın saf bir varlıqdır, onsuz da kişi ona ən gözəl şəkildə baxmaqla məsuldur. Amma sən onu bəsit bir insan kimi qəbul edərək ona yaxınlaşsan, bu çox alçaldıcı bir şey olar. Yəni onun üzərinə çökmək, onu istismar etmək şəklində bir düşüncən olsa, bu çox pisdir.

(A9 TV; 19 fevral 2015)

Cənnət əhlinin ən çox zövq aldığı şey Allaha iman etmələri, Allahı sevmələri və Allahın təcəlli etməsidir. Ən çox bundan zövq alırlar. Yoxsa sırf cənnət bağçalarından, süfrələrindən deyil. Cənnətdə ən çox Allaha olan sevgidən, Allahın təcəlli etməsindən zövq alınır. Bu dünyada da belədir.

(A9 TV; 19 fevral 2015)

Cəmiyyətdə ümmət birliyi olmadığı üçün bir-birlərini sevə bilmirlər. Hər kəsin inancı ayrı olur. Bu uyuşmazlıq onları sıxır. Sıxdığı üçün də bir-birlərini sevə bilmirlər. Halbuki, eyni bir inanca sahib olsalar, eyni konstitusiyaya altında birləşmiş olsalar, bir-birləriylə anlaşmaq məsələsində son nəticədə asanlıq olacaq.

(A9 TV; 19 fevral 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)