Allah, təvəkküllə gözəl bir dünya meydana gətirir. Təvəkküllü olanda Allaha qarşı dürüst, səmimi olmaq lazımdır. Dürüst olmadıqda Allah da insanın canını yandırmağa başlayır.
(A9 TV; 22 fevral 2015)
Mən müsəlmana zülm edilməsinə izin vermərəm. Müsəlmana əl qaldırmaq olmaz. Heç bir türk əsgəri müsəlmana güllə atmaz. Bunu edəcək biri də varsa, ona mane olarıq. Müsəlman xəta etmiş ola bilər, səhv etmiş ola bilər, amma güllə atmaq haramdır. Belə bir şeyə izin vermərik.
(A9 TV; 21 fevral 2015)
İŞİD Türkiyəyə qarşı bir fəaliyyət göstərməz. Onların xətaları, çatışmazlıqları, səhvləri Mehdi (ə.s) dövründə düzələcək.
(A9 TV; 21 fevral 2015)
Bunu deyim ki, kim Abdullah Öcalanı, qatilləri sərbəst buraxmağa çalışsa, O, şəxsiyyətindən asılı olmayaraq etdiyi, edəcəyi bu şeylərdən ötrü yüz min dəfə peşman olar. Polisin qanunla, hüquqla sürükləyərək aparacağı ilk adamlar onlardır.
(A9 TV; 21 fevral 2015)
Əsgərin gözü çox qaradır. O Allah, Kitab, vətən, bayraq, millət, dövlət üçün yaşayır. Əsgərin həyatda başqa bir məqsədi yoxdur. Əgər əsgər vətənin bölünəcəyini anlasa, onu heç kim tutub saxlaya bilməz. Jandarmanı da heç kim tutub saxlaya bilməz, polisi də heç kim tutub saxlaya bilməz. Kim alçaqlıq, xainlik edibsə qanunla və hüquqla onu sürükləyib meydana çıxarar.
(A9 TV; 21 fevral 2015)
Türkiyənin bölünməsindən söhbət gedərsə heç kim jandarmanı tutub saxlaya bilməz. Jandarma xainlik edildiyini görsə heç kəsi dinləməz. Qanunla və hüquqla lazım olanı edərlər.
(A9 TV; 21 fevral 2015)
Kommunist pis insan olmaz. Qan axıtsa pis insan olar. Dinsiz də pis insan olmaz. Zülm etsə pis insan olar. Yoxsa o onun fikridir, biz ona hörmət edərik. Yəni insanlara əzab verirsə, can yandırırsa onda pis insan olur.
(A9 TV; 21 fevral 2015)
Osmanlı ordusunun hamısı bektaşi idi. Osmanlı padşahlarının bir çoxu da bektaşi idi. Bektaşilik və ələviliyin ruhunda; insanlıq, sevgi, gözəllik, dərinlik hakimdir. Eqoistlik nədir bilməzlər. Tərslik nədir bilməzlər. Qatı dinçilərdə inanılmaz bir eqoistlik vardır, bir çoxunda böyük bir azğınlıq vardır.
(A9 TV; 20 fevral 2015)
PKK-nın meydana gəlməsinin ən əsas səbəbi darvinizmdir. Gördüyünüz kimi, PKK Türkiyəni məhv etdi. İgidlərimizi, aslanlarımızı şəhid etdilər. Bu verilən darvinist təhsildən qaynaqlanan bir bəladır.
(A9 TV; 20 fevral 2015)
Cənub-Şərq bölgəsində xalqın HDP-yə dəstək verməsinin səbəbi PKK-dan qorxmalarıdır. Başqa bir şey deyil.
(A9 TV; 20 fevral 2015)





