Müsəlman şirkdən şiddətlə qaçınmalıdır. Bütün diqqətini, iradəsini cəmləyib, özünü belə bir bataqlığa düşməkdən qorumalıdır. Dünyada gözündə böyütdüyü hər şeyin boş şey olduğunu bilməlidir.

(A9 TV; 18 fevral 2015)

İstədiyi şey onun üçün bir şər olur, lakin onun xəbəri yoxdur. İsrarla onun olmasını istəyir. Halbuki, o onun üçün şərdir. Allah ona nəsib etmirsə, onda xeyir var. Nəsib etmədiyində özündən çıxır. Sənə nəsib olduqda başın bəlaya girəcək. Allah səni qoruyur.

(A9 TV; 18 fevral 2015)

Universitet imtahanını keçə bilmədiyindən ötrü ağlını itirir. İmtahanı keçsən, bəlkə də, gedib orada öləcəksən. Bəlkə dəli olacaqsan, bəlkə ağlını itirəcəksən, bəlkə də sağlamlığını itirəcəksən. Allah sənə bir yaxşılıq edir. Buna razı olmalısan.

(A9 TV; 18 fevral 2015)

Əlindən bir şeylər çıxırsa bir xeyir vardır. Sən burada əbədi yaşamağa gəlmədin. Əlindən cüzi bir şey çıxır, bunu özünə böyük dərd bilir. Çıxsa nə ola bilər ki?. Sən gözündə böyüdürsən, ağıllı tərzdə baxdığında heç bir şey olmadığını görərsən.

(A9 TV; 18 fevral 2015)

Təvəkkülsüzlüyün nə faydası var? Yalnız əzab çəkmiş olacaq, boş yerə özünü alçaltmış olacaq. Allah qarşısında xəcalət çəkəcək. Özünü əzəcək və ağılsız, məntiqsiz anormal bir hərəkət etmiş olacaq.

(A9 TV; 18 fevral 2015)

Müsəlmanlar həmişə demokratiya istəyərlər, sükunət istəyərlər. Çünki, gərgin və narahat bir mühitdə iman tam da inkişaf etməyə bilər. İnsanlar zəif olur. İman dinc, dərin düşünə biləcəyi, ağlını işlədəcəyi bir mühitdə inkişaf edir.

(A9 TV; 18 fevral 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)