Bəşəriyyət şirk və təvəkkül mövzusunu tam başa düşsə, tam inansa, tam qəlbinə yerləşdirsə, həyatda heç bir şeydən ötrü təlaşa qapılmaz.
(A9 TV; 18 fevral 2015)
İki cür şirk var. Birincisi açıq-aydın görünən şirkdir. Məsələn, büt düzəldib, açıq şəkildə ona sitayiş edir. Bu açıq-aydın görünən şirk olur. Bir də gizli şirk vardır. Bu isə qüvvətin Allahda deyil, başqalarında olduğuna inanmaqdır. Məsələn, insanda ayrı bir qüvvə olduğuna inanmaq. Halbuki, hər insanı danışdıran, hər insana bir şeylər dedirdən və etdirən Allahdır.
(A9 TV; 18 fevral 2015)
Tale dəyişməz. Taleyə qarşı müqavimət göstərməyin adı əslində şirkdir. Allahdan başqa bəzi varlıqlarda güc və qüvvətin olduğuna inanmaqdır.
(A9 TV; 18 fevral 2015)
Şirk, gücün, qüvvətin yaxud hər hansı bir şeyin Allahdan başqa hər hansı bir varlıqda olduğunu düşünməkdir. Məsələn, bir hadisə olanda: “Bu adam etdi” deyir. Halbuki, onun onu edəcək bir gücü yoxdur. Hər şeyi edən Allahdır. Bütün güc, qüvvət Allahdadır.
(A9 TV; 18 fevral 2015)
Təhsil sistemindəki çatışmazlıq, bitərəfli olaraq darvinizmin oxudulmasıdır. Darvinizm Allahı tamamilə inkar edən bir sistemdir. Adam Allahsız, Kitabsız, şüuraltında dinsiz yetişdirilir. Allahdan qorxmayan biri olaraq yetişdirilir. Allahdan qorxmadığı üçün hər şeyi edə bilər. Mütləq darvinizmin elmi cavabı da oxudulmalıdır.
(A9 TV; 17 fevral 2015)
Əylənərkən Allahı düşünmək olmaz deyə bir inanca sahibdirlər. Məsələn, toya, diskotekaya getdiyində, yaxud radioda bir musiqi çalınırsa, Allahı unutmasının lazım olduğuna inanır. Bu çox böyük səhvdir.
(A9 TV; 16 fevral 2015)
Dində həyatın bütün gözəllikləri vardır. Musiqi, əyləncə, nəşə, sevinc, sevgi vardır. Din həyatın hər anını əhatə edir və hamısını halal etmişdir. Qeyri-qanuni, haram olan çox az şey vardır. Halal şeylərin sayı-hesabı yoxdur.
(A9 TV; 16 fevral 2015)
Yas, Allaha üsyanın digər bir adıdır. Allah bir şey yaradırsa bir xeyir vardır. Müsəlman yas saxlamaz, Peyğəmbərimiz (s.ə.v) bunu qadağan etmişdir. Şirkdir, müşrik adətidir.
(A9 TV; 16 fevral 2015)
İslamda yas saxlamaq yoxdur. Bu Qədim Şumerlərdə, Hititlərdə, Qədim Misirdə bütpərəstlərdən qalan bir adət kimi tətbiq olunurdu.
(A9 TV; 16 fevral 2015)
Bütün terror fəaliyyətlərinin təməlində, bütün zorakılığın təməlində darvinizm durur. Bütün İslam aləmi darvinistdir. Darvinist təhsil ləğv edilməlidir, başqa da çıxış yolu yoxdur.
(A9 TV; 16 fevral 2015)





