İŞİD-ə tək bir güllə belə atmarıq. Bunun əksini etsək haram olar, günah olar. Biz müsəlmana güllə atmarıq. Doğrudur, İŞİD-in səhvləri var, xətaları var, çatışmazlıqları var. Mehdi (ə.s) dövründə bunların hamısı düzələcək.

(A9 TV; 22 fevral 2015)

Ənənəvi Ortodoks İslam yaşanılası deyil. Ağlagəlməz dərəcədə çətindir. Musiqi dinləyə bilməzsən, şəkilə baxa bilməzsən, gülə bilməzsən, xanımlar təmiz geyim geyinə bilməz, baxımlı, zərif ola bilməz. Saçlarını boyaya bilməz, qaşını ala bilməz, özünü gözəlləşdirə bilməz.

(A9 TV; 22 fevral 2015)

Allah fədakarlığı sevir. Buna görə də Allah şəhidliyi sevər. Allahın ən sevdiyi gözəlliklərdən biridir. Allah: “İki gözəllikdən biri” deyir. “Gözəllik” deyir. “Şəhidlik və qazilik”. Allah adamın, Onun yolunda qolunu, ayağını itirməsini çox bəyənir.

(A9 TV; 22 fevral 2015)

Allah dünyada Özünün insanlar tərəfindən, Öz ruhu tərəfindən, Öz ruhundan meydana gələn varlıqlar tərəfindən sevilməsini istəyir. Amma Allah həqiqi mənada sevilmək istəyir. Həqiqi sevginin olması üçün də, insan əzab və çətinliklər içində də olsa belə Allahı tərk etməməlidir.

(A9 TV; 22 fevral 2015)

Əgər sən şeytani düşünsən, nə qədər dərin düşünsən, bir o qədər də batarsan. Dərin düşünmək bu cür düşünmək deyil, səmimi düşünməkdir. Tamamilə səmimi, dürüst və yaxşı niyyətlə düşünməkdir. Allah üçün, Allahı sevərək düşünməkdir, Allahın əleyhinə düşünməməkdir.

(A9 TV; 22 fevral 2015)

Ev nəticədə səni üşüməkdən qoruyar. Öz həbsxanan, dünyadakı həbsxanan. Əgər iman gözüylə baxsan evin, cənnət evlərindən olan bir ev olar. Amma küfr gözüylə baxsan evin, cəhənnəm hücrələrindən olan bir hücrə olar, səni sıxar. Divarları sıxar, hər yeri sıxar, sıxılarsan.

(A9 TV; 22 fevral 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)