Müsəlman çox rahat olur, hər yerdə rahat olur. Allaha təvəkkül etdiyi üçün, ona etimad etdiyi üçün, axirətdə də diriləndə son dərəcə rahat olar. Məsələn, möminlər Qiyaməti sevinc içində seyr edir.

(A9 TV; 24 fevral 2015)

Allah “Qəffar və Rəhim”dir, mərhəmətlidir. Mömin bir insan, Allahdan qorxan bir insan cəhənnəmə girməz. Allahdan qorxan dinin tələblərini onsuz da yerinə yetirər. İkinci bir ehtimal olmaz. Onsuz da onlar mömin olaraq yaradılırlar.

(A9 TV; 24 fevral 2015)

Əgər biri iman əhlindəndirsə, Allahın diləməsiylə qorxmasın. “Mən varam”, “Məni kim yaratdı?” deyirsə, Allahdan qorxacaq gücə sahibdirsə, Allah da iman əhlini yandırmaz. Bu qədərini deyim ki, anlasınlar. Cəhənnəm əhli necə bir məxluqatdır?. Bunu dərk edə bilməzlər. Cəhənnəm əhli ölü olur.

(A9 TV; 24 fevral 2015)

İran bilavasitə mehdiyyətə görə siyasət yürüdür. Bir milyon nəfərlik ordu yetişdirir, Mehdi ordusu. Gecə-gündüz hər şeyi Mehdi ilə əlaqələndirirlər. İsraildə Moşiyahın gəlməsi üçün hər gün üç dəfə dua edərlər. Belə olduğu halda, onu görməzlikdən gəlsən məhz özün ziyana uğrayarsan. Çünki, tarix o istiqamətdə inkişaf edir.

(A9 TV; 24 fevral 2015)

Sənin Moşiyahla, yəni Mehdi (ə.s)-la heç bir əlaqən yoxdur, amma bütün Yaxın Şərq bu mövzunun ətrafında fırlanır. Sən istəsən də, istəməsən də belədir. ABŞ-ın xarici siyasəti Moşiyah Mehdi (ə.s)-a görədir. Eləcə də, Səudiyyə Ərəbistan və İraq dövlətlərinin yürütdüyü xarici siyasət də ona görədir.

(A9 TV; 24 fevral 2015)

Ayasofyada ilk namazı qıldıracaq kimsə Mehdi (ə.s)-dır. Kiminlə birlikdə qıldıracaq? Hz. İsa (ə.s) ilə birlikdə. İstanbul İsa (ə.s)-ın gələcəyi yerlərdən biridir. Qüds-ü Şərif iki, Məkkə-i Mükərrəmə üç.

(A9 TV; 23 fevral 2015)

MHP-nin aktiv bir gəncliyi var. Yetişdirilmiş, siyasi və ideoloji cəhətdən təhsil almış bir gəncliyi var. Amma Ədalət və İnkişaf Partiyasının belə bir gəncliyi yoxdur. Bunu Ədalət və İnkişaf Partiyası da etməlidir. Milliyyətçi, vətənpərvər, vətənə, bayrağa, millətə, dövlətə zərər verməyə çalışanlara qarşı kükrəyən bir gənclik yetişdirməlidirlər. Bu vacibdir.

(A9 TV; 22 fevral 2015)

Biz İŞİD-ə qarşı koalisiya gücləriylə ittifaqa girmərik. İŞİD-ə güllə atan, onlardan birini öldürən qatil olar. Müsəlmana güllə atmaq olmaz. Haramdır. Heç kim bu mövzuda fətva da verə bilməz. Buna izin vermərik.

(A9 TV; 22 fevral 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)