Türk əsgəri heç bir şəkildə cani ola bilməz, cinayətə şərik ola bilməz. Kim türk əsgərini cinayətə təşviq etsə, qarşısında ağlı başında olan insanların olduğunu görəcəkdir. Türk əsgəri onsuz da belə bir tələyə düşməz. Belə bir çirkin cinayət törətməz. Bizə qatil olmağı təklif edənlər əxlaqsızlıq edirlər.

(A9 TV; 26 fevral 2015)

Bunu dərk etməlisən ki, biz Türkiyənin bölünməsinə izin vermərik. Nə federasiya, nə o, nə bu ad altında bölünməsinə izin vermərik. Əsgərimizin, polisimizin qatillərini də heç vaxt buraxmarıq. Heç vaxt izin vermərik, canımız bahasına da olsa izin vermərik. Şəhid olarıq, amma bu vətəni bu namərdlərə, PKK-ya təslim etmərik. Bunu unutmalıdırlar.

(A9 TV; 26 fevral 2015)

Şəhid ailələrini heç boş buraxmamaq lazımdır. Onların evləri bir məscid kimi olmalıdır. Hər gün Allahın yada salındığı, gözəl söhbətlərin edildiyi, təmiz və pak bir yer olmalıdır. Gedənlər evi də gözəl şəkildə təmizləməlidirlər. “Ana biz evi təmizləyək” deməlidirlər. Çirkli qab-qacaq varsa, onları yumalıdırlar. Yemək yoxdursa, yemək bişirməlidirlər.

(A9 TV; 26 fevral 2015)

Türkiyəyə çox böyük bir hiylə qurulmağa çalışılır. Gözümüzə, səsimizə, iradəmizə nəzarət edirlər. Çəkingənikmi, imtina edə bilərikmi, biganəyikmi deyə bir baxırlar. Qardaşım siz bizi tanımamısınız, qiyamət qopar qiyamət. Ağlınızı başınıza yığın. Bütün dünyada qiyamət qopar. Türkiyənin bölünməsinə izin vermərik.

(A9 TV; 24 fevral 2015)

Gənclik daha qərarlı olmalıdır. İdealist gənclik bu istiqamətdən daha yaxşıdır. Öyrədilmiş, təchizatlı, qərarlı, ciddi, çəkindirici bir ünsürdür. İdealistlər kükrəyəndə bir çox yer titrəyir. Bu titrəmə hiss edilir.

(A9 TV; 24 fevral 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)