Şimali İraq tərəfində 300-ə qədər PKK düşərgəsi var. Burada gecə-gündüz darvinizm və materializm izah edilir. Kommunizmin etibarlılığı izah edilir. Şam, elə bil, bir dağ akademiyası, kommunist akademiyası kimidir. Gecə-gündüz siyasət mövzusunda təhsil alırlar.

(A9 TV; 2 mart 2015)

Qadın cinayətlərinə “dur” deməklə olmaz, verilən darvinist və materialist təhsilin dayandırılmasıyla olar. Əgər sən birini darvinist, materialist olaraq yetişdirsən, o da qarşısındakını böcək kimi görər. Öldürər də, asar da, kəsər də. Adamlar manyaka, dəliyə dönür. Ən gözəl üsul təhsildir. Qəlblərin Allah qorxusuyla nəqş edilməsi, darvinist, materialist sistemin dayandırılmasıdır.

(A9 TV; 1 mart 2015)

Türk millətini, türk gəncliyini siyasi şüurla yetişdirmək lazımdır. Onlar darvinizmə, materializmə qarşı yetişdirilməlidir. İşğalçı kommunist rejimə qarşı nələr ediləcəyi izah edilməlidir. Gənclərə Allah, Kitab, din, iman, vətən, millət, bayraq sevgisi öyrədilməli və bunlar qəlblərinə nəqş edilməlidir.

(A9 TV; 1 mart 2015)

Kobani qalıq bir şəhərdir. Yerlə-yeksan olmuş, məhv olmuş bir yerdir. Təkcə açıq muzey ola bilər, başqa bir şey ola bilməz. Ayənin işarə etdiyi kimi, Allahın dinsizlərə necə bir fəlakət verdiyini, müsəlmanları necə xilas etdiyini göstərməsi baxımından mənalıdır. Kürd qardaşlarımızı; dindar olanları, Allahdan qorxanları xilas edib Türkiyəyə gətirdik, PKK/YPG isə oradaca həlak oldu.

(A9 TV; 28 fevral 2015)

PKK-nın silahı yerə qoyması, hamıya məlum olan silahı yerə qoyma fəaliyyəti kimi deyil. Silahı “yerə” qoyur, lakin guya özünü müdafiə etmə gücü olaraq, əsgər, jandarma, polis olaraq yenidən götürür. Məsələ budur. Yoxsa bunlar Cənub-Şərq bölgəsində silahsız bir dövlət qurmağı düşünmürlər. Dövlət qurmaq istəyirlər, lakin tamamilə avtomat silahların hakim olduğu, hərbi hava limanlarının, istehkam obyektlərinin və uzun müdafiə etmə sistemlərinin olduğu geniş miqyaslı bir fəaliyyət aparmağı düşünürlər.

(A9 TV; 28 fevral 2015)

Dünyada yoxsulluq lobbisi var. Bütün dünyanı xüsusi bir sistemlə yoxsul saxlayırlar. Bu, 100 ildən, 150 ildən bəri heç bir səhvliyə yol vermədən işləyən bir sistemdir. Bu sistem təkcə Osmanlıların dövründə yox idi, Osmanlılara öz istəklərini zorla etdirə bilmirdilər.

(A9 TV; 27 fevral 2015)

Hakimlərin toxunulmazlıq hüququ ləğv edilməlidir. Hakimlərin toxunulmazlıq hüququ Türkiyədə əvvəldən bəri mövcud olan çox böyük bir problemdir. Necə ki, bütün məmurların toxunulmazlıq hüququ yoxdursa, hakimin də toxunulmazlıq hüququ olmasın. O da normal bir insandır, səhv edə bilər. Səmimiyyətsizlik və vicdansızlıq da cinayət kimi qəbul edilməlidir.

(A9 TV; 26 fevral 2015)

İŞİD-lə Türkiyənin vuruşmasından söhbət belə gedə bilməz. Aman ha. Bu çox böyük bir haram və ağılsızlıqdır. Bizim yeganə düşmənimiz var, o da PKK-nın YPG, PKK, PJAK kimi hər bir addakı alçaq və əxlaqsızlıqlarıdır.

(A9 TV; 26 fevral 2015)

Biz müsəlman öldürmərik. Müsəlmana əl uzatmaq olmaz, cahildirsə öyrədərsən. Sevgiylə, şəfqətlə yaxınlaşarsan. Mənə Qurandan bir hökm göstərsinlər, harada müsəlman öldürmək yazılmışdır?. Heç bir alim buna fətva verə bilməz, bir müsəlman belə bir şeyə fətva verə bilməz. Heç vaxt izin vermərik.

(A9 TV; 26 fevral 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)