Əsgərin əli ilə müsəlman öldürtmək ən böyük namərdlikdir. Heç bir türk əsgəri bunu qəbul etməz. Belə bir təklifi qəbul edəcək heç bir türk siyasətçisi də ola bilməz. Amerika uzaqdan həvəslənməsin, bu əxlaqsızlığı türk millətinə etdirə bilməzlər. Bunu unutmalıdırlar.
(A9 TV; 3 mart 2015)
Mehmetciyi qatil etmək istəyən dünyanın ən alçaq adamıdır. Mehmetcik onsuz da müsəlmana güllə atmaz. Müsəlman öldürmək çox böyük bir əxlaqsızlıq, tərbiyəsizlik və vicdansızlıq olar.
(A9 TV; 3 mart 2015)
PKK heç vaxt və qətiyyən silahı yerə qoymaz. Bir az məntiqli kimsə bunu görər. PKK silahı yerə qoyduğu anda məhv olar. Silah demək güc deməkdir. İnsanlar gücə hörmət göstərirlər. Silahı əldən getsə, PKK-nı əzərlər.
(A9 TV; 3 mart 2015)
PKK heç vaxt silahı yerə qoymaz. Cənub-Şərq bölgəsində mövqe qazanmağa davam edəcəklər. Yeganə çıxış yolu, onların hüquqi çərçivədə oradan tamamilə çıxardılmasıdır. Başqa cür heç bir şəkildə olmaz. Ora bir xərçəng xəstəliyi mərkəzidir, o xərçəngli toxumanın əməliyyatla alınması lazımdır. Bundan başqa müalicə yolu yoxdur.
(A9 TV; 3 mart 2015)
Qatı dinçilərin içləri qapqaradır. Fitnə-fəsad onu nə Mehdi (ə.s)-a, nə də doğru yola yaxınlaşdırar, yalnız qaranlığa yaxınlaşdırar.
(A9 TV; 3 mart 2015)
Suriya vahid bir dövlət olsun, lakin başçısı Əsəd olan bir Suriya olmasın. Əlbəttə ki, Suriyanın bütövlüyü əhəmiyyətlidir, onun parça-parça olub zəbt edilən bir yer olmasını istəmirik. Amma Əsəd getməli və onun yerinə daha məqbul, daha mehriban bir insan gəlməlidir.
(A9 TV; 2 mart 2015)
Ədabazlıq, mərifətsizlik, ərköyünlük müsəlmana yaraşmaz. Ağıllı, yaxşı bir insan və həlim olmaq, dürüst, çevik, düzgün, təqlidçilikdən uzaq bir ağıla sahib olmaq yaraşar.
(A9 TV; 2 mart 2015)
Dürüst, səmimi, açıq, parlaq bir zehniyyət, şəffaf bir dünyadan bəhs etmək lazımdır. Mövzuları Quranla, ayələrlə izah etdikdə insanların qəlbində bir rahatlıq və hüzur meydana gəlir. Yoxsa insanlara əhli dünya üslubu istifadə edirsən, insan öləcəyini bilir. Sən sanki uçursan, amma sənin uçmağın onu qorxudar, ürküdər. Amma sən Allahın varlığından xəbərdarsansa adamın qəlbinə rahatlıq gələr.
(A9 TV; 2 mart 2015)
PKK-nın məqsədi, Cənub-Şərq bölgəsini ələ keçirmək, orada müstəqil kommunist Kürdüstan dövlətini yaratmaq və sonra da bütün bölgəyə hakim olmaqdır. Sonra da qəlbindəki kin və intiqam alovunu söndürmək üçün bütün türk millətini məhv etmək. Məqsədləri budur. Bəla addım-addım gəlir, hər kəs ağlını başına yığmalıdır.
(A9 TV; 2 mart 2015)
Türkiyədəki gənclər siyasi cəhətdən yetişdirilmir. Bir çoxu (xalq deyiminə görə) varlansın, əylənsin, evlənsin, varlı bir qız tapsın, qız da varlı bir oğlan tapsın, onun üstünə çöksün, bütün ailə üzvlərinə ona baxdırsın, yaxşı yemək yesin, yaxşı bir iş yeri olsun. Amma PKK-nın məqsədi bu deyil.
(A9 TV; 2 mart 2015)





