Bütün dünya ölkələri darvinizm əsasında; “Allah yoxdur, peyğəmbər də yoxdur” deyir. “Bütün haqq kitablar da yalandır” deyir. Mərakeş, Tunis, Əlcəzair, Misir, hamısı. Qiyamətin qopmaması möcüzədir. Allah dünyanı hal-hazırda Mehdi (ə.s) vəsiləsiylə ayaqda saxlayır.

(A9 TV; 23 aprel 2015)

İçimiz, çölümüz və qəlbimiz sevgiylə doludur. Dünyanı xilas edəcək şey də sevgidir. Allah sevgini istəyir. Quran əvvəldən axıracan sevgini izah edir. Quran sevginin kitabıdır.

(A9 TV; 23 aprel 2015)

İnsanlar qəlbdə, ruhda dindar olacaqlarını gördülər. Musiqi dinləyə biləcəklərini, qadınlar başı açıq gəzə biləcəklərini, eyni zamanda dindar olub namazlarını da qıla biləcəklərini gördülər. Onun üçün din, Türkiyədə gizli şəkildə mükəmməl yayıldı. Özünə hər yerdə fövqəladə bir zəmin tapdı.

(A9 TV; 21 aprel 2015)

Mehdi (ə.s) çox açıqdır, çox bəllidir. Açıq şəkildə haqsızlığa uğrayacaq, açıq şəkildə əziyyət çəkəcək. Amma insanların qəlb gözü kor olacaq, görə bilməyəcəklər. Bu çox təəccüblüdür. Görünməmiş zülm həyata keçiriləcəkdir, insanlar isə sonradan; “bu zülm gözümüzün qarşısında həyata keçirildi, biz bunu necə görə bilmədik, qəlb gözümüz necə kor oldu” deyəcək.

(A9 TV; 21 aprel 2015)

Hz. İsa (ə.s) çox yaraşıqlı, avropalılara bənzər bir dəliqanlı kimi ortaya çıxacaq. Gözəl, düzgün, ağıllı, keçmişini xatırlamayan bir dəliqanlı olaraq. Təxmin edildiyi kimi, çox təəccüb yaradan təsiri olmaz. Çünki şübhə yaradan vəziyyətdə olacaq, qəti qənaət gətirə bilməzlər. Özü də; “Mən mütləq İsayam” deyil, “bənzəyirəm” deyəcək, “ola bilərəm” deyəcək.

(A9 TV; 21 aprel 2015)

Müharibəyə girmədiyimiz halda, daim kasıb olduq. Bu bərəkətsizliyin kökü darvinizmdir. Darvinizm, Allaha üsyan etməkdir haşa. Allah qorusun, ölkəmizi darmadağın edə bilər, Allah. Belə bir şey olduqda yer, göy çatlayar. Allah; “az qala göylər parçalanacaq bu sözdən” deyir. Allahın varlığı açıq şəkildə inkar edilir.

(A9 TV; 20 aprel 2015)

Peyğəmbərimiz (s.ə.v) haramları Qurandan öyrənirdi. Quranda bildirilənlərdən başqa haram, halal olmaz. Hz. Aişə anamızdan belə bir şey soruşurlar; “Rəsulullah (s.ə.v)-in sünnəti nədir?”, O da; “Qurandır” deyir. İş çıxarmayın. Quranda bildirilənlərdən başqa haram, halal olmaz.

(A9 TV; 19 aprel 2015)

Əgər sən buranı vətən kimi qəbul edirsənsə, dövləti də dövlət kimi qəbul edirsənsə, bu dövlət bir qanun qoymuşdur, bir konstitusiyası var; “bu sərhədlər daxilində yaşayan hər kəs türkdür”. Yəni bu nə deməkdir?. Qardaşıq deməkdir. Nə olursa olsun, istər kürd, laz, türk, kim olursan ol, buna türk adını verək, birlikdə yaşayaq deyir. Bu çox gözəldir.

(A9 TV; 19 aprel 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)