Qadınlar ağıl və imandan çox təsirlənər. Qadın kişidə onu axtarar, kişi də qadında onu axtarar. Bu ət-sümük işi deyil. Çox gözəl qadınlar olar; amma ləyaqətsizdisə sevə bilməzsən. Nəzakətsizdisə sevə bilməzsən. Namərddirsə, eqoistdirsə sevə bilməzsən. Sərbəst düşünmürsə, səmimi düşünmürsə sevə bilməzsən.
(A9 TV; 5 may 2015)
Hal-hazırda Cənub-şərqi Anadolu bölgəsinin hər yerində PKK təhdidi hökm sürür. Küçələrdə, prospektlərdə, kəndlərdə, qəsəbələrdə, hər yerdə silahlar xalqın üstünə yönəldilmişdir və bu mühitdə də seçki keçirilir. Ədalətli bir seçki olmayacağı aydındır. Seçki dayandırılmalıdır. 6 ay sonra keçirilsin. Silahları toplayın, 6 ay sonra keçirin. Ədalətli bir seçki olsun. Silah təhdidi ilə, qanla, barıtla seçki keçirilməz.
(A9 TV; 3 may 2015)
Mömin Allaha ölümünə bağlanmalıdır. Şəhid olmağı da qəbul etməlidir, qazi olmağı da qəbul etməlidir, həbsxananı da qəbul etməlidir, dəlixananı da qəbul etməlidir. Başına gəldikdə həmd etməli, şükür etməlidir. O zaman Allah onun yolunu tamamilə açar.
(A9 TV; 2 may 2015)
Səmimi, saf qəlblə Allaha bağlanmış, əziyyəti, acını, hər şeyi qəbul etmiş biri olmalıdır, belə olduqda Allah onu zəngin edər. Olduqca xoşbəxt yaşadar. Allah: “Mənim yolum ilə gedənlərə yollarını açaram, qoruyaram” deyir. Açır yollarını. Açıq şəkildə görülür, qələbə verir. Bunlar açıq, aşkar möcüzələrdəndir. Gözəçarpan möcüzələrdəndir. Heç bir şey olmur.
(A9 TV; 2 may 2015)
Allah: “Mənə şükür edin, həmd edin” deyir, yəni normal yaxşı bir müsəlman olun deyir, “sizə nemətimi artıracağam” deyir. Həqiqətən də artırır. Fərqi yoxdur, kim olursa olsun artırır.
(A9 TV; 2 may 2015)
Sən Qurana tabe olursansa, musiqiyə haram deyə bilməzsən, şəklə, heykələ, gülməyə, əylənməyə haram deyə bilməzsən, amma qatı dinçi ənənəvi sistem içindəsənsə musiqi haramdır, şəkil haramdır, heykəl haramdır.
(A9 TV; 2 may 2015)
Cənub-şərqi Anadolu bölgəsində dini izah etmək qeyri-mümkündür, kitab paylamaq qeyri-mümkündür. Rusiyada istədiyimiz kimi kitab paylayırıq, fosil (daşlaşmış qalıntı) sərgisi keçiririk. Şimali Koreyada belə bunu etmək mümkündür, lakin Cənub-şərqi Anadolu bölgəsində bunu etmək qeyri-mümkündür.
(A9 TV; 2 may 2015)
Qadınlar çox gözəl varlıqlardır. Onlar dünyanın bəzəyidir. Bütün dünya qadınlara çox əhəmiyyət verməlidir. Bir insan qadının dəyərini bilmirsə, belə bir gözəlliyi görə bilmirsə, deməli, onun qəlb gözü kordur.
(A9 TV; 27 aprel 2015)
Türkiyəni böləcək bir şeyə türk milləti heç bir şəkildə izin verməz. Bölünmə türk millətinin ən həssas olduğu nöqtədir. Mehmetçiyin canını verməsinin, şəhid olmasının, əsgərin, polisin şəhid olmasının səbəbi də budur.
(A9 TV; 26 aprel 2015)
Türkiyədə şiələri ən çox sevən, qoruyub himayə edən mənəm. Mükəmməl müsəlman olduqlarına inanıram. Mehdi (ə.s)-a aşiq müsəlmanlar kimi görürəm. Vəhhabiləri də çox sevirəm. Məsələn, bir çox müsəlman onlardan nifrət edər, birbaşa dinsiz kimi görər. Mən onları mömin, müttəqi kimi görürəm. Şiələri də mömin, müttəqi olaraq görürəm.
(A9 TV; 26 aprel 2015)





