İnsan ətdən, sümükdən, qandan əmələ gəlmiş bir varlıqdır. Min bir cür də acizliyi vardır. İnsan bunu mu sevəcək? Bunu etməsi üçün dəli olmalıdır. Ancaq Allahın ruhunu daşıyırsa, nəcib bir varlıqdırsa, sonsuzluğu yaşayacaq bir varlıqdırsa sevilər.

(A9 TV; 19 aprel 2015)

Bir insan Allaha inanmırsa, ruhunda Ona qarşı güvən hissi olmaz. Allahı görməyəcək bir ağıla sahibdirsə, onu necə görə bilər? Allaha şükür edə bilməyəcək bir vəziyyətdədirsə, insana necə təşəkkür edə bilər? Allaha vəfa göstərməyən, quluna necə vəfa göstərə bilər? Sevginin enerjisini, nəcibliyini təmin edən imandır.

(A9 TV; 19 aprel 2015)

Türkiyəni bölməyə cəhd edərlərsə qiyamət qopar. Ağıllarını başlarına yığsınlar. Heç kim Türkiyəni asan əldə olunan görməsin. Alçaqlıq etmələrinə izin vermərik. Türkiyənin bölünməsinə izin vermərik. Türkiyəni bölünməyə aparan şeylərə də izin vermərik. Məsələn, federasiya; rəsmi surətdə bölmək deməkdir. Buna da izin vermərik. Prezident idarəetmə sistemi və federasiya bir biriylə yaxın şeylər isə, onu da qəbul etmərik.

(A9 TV; 19 aprel 2015)

Qərbli böyük güclərin hədəfi, Türkiyənin federativ ərazilərə ayrılması, Cənub-Şərq bölgəsinin ayrılması, kommunist dövlətin yaranması, Antalya, İzmir və İstanbulun ayrılmasıdır, Allah qorusun. Bu oyunların sıxlaşdığı dövrdə; möhkəm şəkildə bir-birimizə birləşməli, heç vaxt güzəştə getməməli, birlik və bərabərliyimizi qorumalıyıq.

(A9 TV; 19 aprel 2015)

Hal-hazırda Türkiyə üçün ən böyük təhlükə prezident idarəetmə sistemidir. Çünki biz, Türkiyəni bölməyə çalışdığı, hər hansı bir cəhd göstərdiyi təqdirdə qanunla, hüquqla PKK-ya lazımi qarşılığı verərik. Amma prezident idarəetmə sistemi hakim olduqdan sonra edəcək bir şey yoxdur. Türkiyə böyük bir fəlakətə, vətəni parça-parça edəcək bir sistemə sürüklənmiş olur.

(A9 TV; 19 aprel 2015)

“Hocam izah edirik, təbliğ edirik, bizimlə lağ edirlər” deyirlər, kim lağ elətdirir? Allah elətdirir. Təbliğ ilə lağ eyni anda yaradılır. Təbliğin, ibadətin qiymətini artırmaq üçün Allah tərəfindən edilən gizli bir nemətdir bu. Küfrün əleyhinə, möminlərin lehinədir. Mömin üçün lütfdür, küfr üçün bəladır. Sən lağ etmələrinə fikir vermədikdə savabın qat-qat artır.

(A9 TV; 17 aprel 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)