Səmimiyyəti zaman keçdikcə artırmaq lazımdır. Belə olmalıdır; səmimiyyət onun başına iş açmalıdır. Səmimiyyət insanı çətinliyə salar. Səmimi olsan, yuxusuz qalarsan. Səmimi olsan, yorularsan.

(A9 TV; 24 aprel 2015)

Allahdan başqa heç bir varlıq yoxdur. Allah zamana və məkana tabe deyil. Allahın olduğu yerdə məkan olmaz. Məkan vəziyyəti olar. Məkan kölgəsi olar. Ancaq Allah mütləq varlıqdır.

(A9 TV; 24 aprel 2015)

Səmimiyyət insana baha başa gələr. Əzab çəkər, yorular, hətta bəzi hallarda başı bəlaya da girər. Sən çox yaxşı yaşayırsan. Lazım gələndə mənfəətini güdürsən. Mənfəətini bir körpəni qoruyan kimi qoruyursan. Burada səmimiyyət vardırmı?

(A9 TV; 24 aprel 2015)

Dərin imana sahib olmaq üçün elə də fövqəladə bir səy göstərməyə ehtiyac yoxdur. İnsan çox səmimi olsa, dərin iman dərhal meydana gələr. Dini ona görə çox çətin olduğunu düşünürlər. “Çox təfəkkür etməli, çox dərin düşünməliyəm” deyir, sən istəməklə dərin düşünə bilməzsən, Allah səni dərin düşündürər. Müstəqil bir gücün yoxdur. Sənin edəcəyin şey, səmimi olmaqdır. Səmimi olub Allahdan tələb etməkdir.

(A9 TV; 24 aprel 2015)

PKK məğlubiyyətə məhkumdur. Quranın hökmünə görə, Allahın qanunlarına görə əvvəldən məğlubiyyətə məhkumdur. PKK-nın qalib gəlməsi qeyri-mümkündür.

(A9 TV; 24 aprel 2015)

PKK-nı gücləndirmələrinin səbəbi, Cənub-şərqi Anadolu bölgəsi ilə islam aləminin əlaqəsini kəsmək və orada blokada şəraiti yaratmaqdır. Məqsəd budur. Qara dənizdən başlayıb Mərsinə qədər geniş bir ərazidə böyük bir sədd meydana gətirmək, İslam aləmiylə, Türk aləmiylə əlaqəsini kəsmək. Həyatımız bahasına da olsa buna izin vermərik.

(A9 TV; 24 aprel 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)