Allah Tövratda Axırzamanda bütün bölgə ərazisinin müsəlmanların idarəsi altına keçəcəyini ifadə edir. Allah: ”Nildən Fərata qədər, Məkkə, Mədinə, hamısı daxil olmaqla, Aralıq dənizi, Kipr, böyük bir ərazidə hakimiyyət sizin əlinizdə olacaq” deyir və başçınız da Davud (ə.s) nəslindən gələn biri olacaq deyir. Həmin adam da Mehdi (ə.s)-dır.

(A9 TV; 19 aprel 2015)

Allah istəmədikdən sonra cin heç nə edə bilməz. Buna görə də Allah adama bəla verəcəkdirsə cin ilə də verər, avtomobil qəzası ilə də verər, xərçəng xəstəliyi ilə də verər.

(A9 TV; 19 aprel 2015)

Bir çox insan cinlərdən dəhşət qorxur. Cin heç bir şey etməz, sənə nə edə bilər? Cinlər Allahın nəzarəti altındadır. Şirk qoşur, cinin Allahdan müstəqil bir şey edəcəyini zənn edir. Cinə o gücü verən Allah deyilmi? Taleyində olmayan bir şeyi cin necə edə bilər?

(A9 TV; 19 aprel 2015)

Sənin ağlın, vicdanın gözəldirsə, onsuz da Allah taleyində qarşına gözəl bir insan çıxardar. Allah hz. Süleyman (ə.s)-ın qarşısına niyə o qədər gözəl şeylər çıxartdı? Hz. Süleyman (ə.s) o gözəl şeyləri səy göstərərək, çalışaraq əldə etmədi. Sadəcə təqvasından ötrü Allah ona verdi.

(A9 TV; 19 aprel 2015)

Namazda vəsvəsəyə qapılmamaq lazımdır. Çünki sən namazdan çəkinmirsən. Dəstəmazdan da çəkinmirsən. Dəstəmaz almağa getdiyinə görə, deməli çəkinməmisən. Əlini üzünü yuyursan. Nə lazımdırsa edirsən. Onda niyə narahat olmalısan ki?

(A9 TV; 19 aprel 2015)

Sevgi, ağıldan istifadə etdikcə əhatə dairəsi genişlənən bir quruluşdur. Ağılla mütənasib şəkildə inkişaf edər. Məsələn, vəfa göstərsən, sevgisi artar. Şəfqət göstərsən, sevgisi artar. Səbir göstərsən, artar. Qoruyub himayə etsən, artar. İncə, dərin düşünsən, artar. Gözəl danışsan, artar. Yalan danışmasan, artar. Daim dürüst davransan, artar. Daim yaxşı niyyətlə, mehribanlıqla yanaşsan, artar. İnsan əksini görsə nifrət edər.

(A9 TV; 19 aprel 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)