Ümumi amnistiya və s. ağlasığmaz dərəcədə təhlükəlidir. Aman ha, aman. Mehmetciyin qatillərinin əfv edilməsi böyük bir fəlakət olar.
(A9 TV; 6 may 2015)
Qadın Quranda əziz tutulmuşdur. Qadın ayələrdə təriflənilir, ucaldılır və qorunur. “Qadın yarımçıq varlıqdır” deyənlər, tam fərqli bir düşüncəyə sahibdirlər, bu mövzuda Qurana tabe olmurlar.
(A9 TV; 5 may 2015)
Mehdi (ə.s) zühur etdikdə faiz artıq yox olacaq, çünki faiz almaq haramdır. Heç bir İslam ölkəsi faiz alınmasını dayandıra bilmir, amma Mehdi (ə.s) gələndə faiz alınması dayanar. Çünki Mehdi (ə.s) Qurandan güzəştə getməz. Quranda nə buyurmuşdusa onu edər.
(A9 TV; 5 may 2015)
Mehdi (ə.s)-ın dini asanlaşdırması demək; Quranda olmayan haramları aradan qaldırması deməkdir. Məsələn, musiqi haramdırmı? Deyil. Quranda belə bir ayə yoxdur. Musiqinin haram olduğunu iddia edənlərə musiqinin halal olduğunu söyləyəcək.
(A9 TV; 5 may 2015)
İfaçıların qiyməti bilinməsə, incəsənət zamanla yox olar. O zaman dünya qaralar. Dünyanın gözəlliyi yox edilər. İfaçı demək, dünyanı gözəlləşdirən insan deməkdir.
(A9 TV; 5 may 2015)
Gələcək olan Mehdi (ə.s), İslamı yenidən dirçəldərkən asanlaşdırmaqla dirçəldəcəkdir. Dini asanlaşdıracaq, xurafatçıların vurduğu zəncirləri insanların üzərindən açacaqdır.
(A9 TV; 5 may 2015)
Xurafatçılıqla İslamı bütün dünyada dəyərdən saldılar. İslam günəşini söndürmək istəyirlər. Asma, kəsmə, döymə, qadınları alçaltma, qadınlara “yarım varlıq” demə vardır, musiqi yoxdur, şəkil yoxdur, incəsənət yoxdur, xeyirxahlıq yoxdur, gözəllik yoxdur, məhəbbət yoxdur, o yoxdur, bu yoxdur. Siz dəlisiniz? Sanki cəhənnəm həsrətindədirlər. İslamda belə bir şey yoxdur.
(A9 TV; 5 may 2015)
Mehdi deyə azğın bir xurafatçını gözləməkdən imtina etsinlər. Elə bir şey olmayacaq. Hətta rəhmətli Məvdudi deyir ki: “Gələcək olan Mehdi (ə.s) dövründəki ən müasir insan olacaq, elmin, texnologiyanın imkanlarından ən gözəl şəkildə istifadə edəcək”.
(A9 TV; 5 may 2015)
Allah İslam barəsində nə deyir? “Hz. İbrahimin dini kimi asandır”. “Allah sizin üçün çətinlik diləməz, asanlıq diləyər” deyir. Mehdi (ə.s) asanlaşdıracaqdır. Necə asanlaşdıracaq? Görünməmiş şəkildə asanlaşdıracaq. Din asanlaşacaq, zəncirlər açılacaq. Çox asan bir din meydana çıxacaq. Bu din hansı dindir? Qurandakı din.
(A9 TV; 5 may 2015)
Qatı dinçilər, Mehdi olaraq, mövcud olan xurafatçı sistemin üstünə daha azğın, “super xurafatçı” birinin gələcəyini düşünürlər. Halbuki, Mehdi (ə.s)-ın işi asanlaşdırmaq olacaqdır. Dini asanlaşdırar, ayənin hökmünə görə asanlaşdırar.
(A9 TV; 5 may 2015)





