Bir qadınla bir kişinin yaxınlaşması üçün müəyyən şərtlər vardır. Birincisi, qadın həmin kişini çox sevməlidir, ona hörmət etməli, dəyər verməli, güvənməlidir. Halalı kimi görməlidir, qəlbində ona qarşı istək olmalıdır. Ancaq o zaman Allah bir məmnuniyyət duyğusu verər. Yoxsa it kimi bir qadının ətinə, sümüyünə hücum etmək çox alçaq bir hərəkətdir.

(A9 TV; 8 may 2015)

Amerikanın dindar olması, onlara bərəkət gətirən, onları xoşbəxt edən əhəmiyyətli bir tərəfiydi. Amma Amerika dindarlıqdan imtina etdikdə, onu fəlakətlər bürüdü. Dünyanın ən varlı dövləti ən kasıb dövləti olmağa doğru gedir. Dindar olsalar yenə çox varlı olarlar.

(A9 TV; 7 may 2015)

Allah dünyanın bəzəkli olmasını, gözəl olmasını istəyir. Dünyanı möhtəşəm şəkildə bəzəyir. Qatı dinçilər isə qaranlıq olmasını istəyir. Allahın yaratdığı bəzəyə toxunmayın. Allahın yaratdığı bəzəyi yox etməyə cəhd etməyin. Siz Allahın yaratdığı bəzəyi ən gözəl şəkildə göstərməlisiniz.

(A9 TV; 7 may 2015)

İfaçıları ön plana çıxarmaq lazımdır. Onların sevgisi, onların məhəbbəti cəmiyyətə çox müsbət təsir göstərər. İfaçılar xüsusi bir nəzakət, ruh keyfiyyətinə sahib olurlar. Bu cəhətdən cəmiyyətə çox gözəl nümunə ola bilərlər.

(A9 TV; 6 may 2015)

Sevgi, gözəllik, incəsənət həyatın məqsədidir. Bunlar yoxdursa, sən niyə körpü inşa edirsən, niyə quruda və dənizdə çayların, kanalların altından keçən tunel inşa edirsən? Bunların hamısı boş şey olar. Sevginin olması üçün, sevgini bəsləyən, incəsənət və estetikaya da çox əhəmiyyət verilməlidir.

(A9 TV; 6 may 2015)

Dövlət anti-kommunist, anti-darvinist fəaliyyət başlatmalıdır. Əgər bunu etsəydilər PKK çoxdan məhv olmuşdu, tarixə keçmişdi. Məsələni kökündən həll edəcək konkret çıxış yolu olduğu halda, həmişə anlamazlıqdan gəlirlər və beləliklə də, məsələ uzanır.

(A9 TV; 6 may 2015)

Sevgi təhsili verilməlidir. Sevgi dünyanın əsas həyat mənbəyidir. Sevgi yoxdursa, həyat da yoxdur.

(A9 TV; 6 may 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)