Dünyanın zövq alınacaq bir tərəfi yoxdur. Çünki zövq alınacaq yer cənnətdir. Niyə insan burada yarımçıq əylənsin? Belində bir ton odun ola-ola; “gəlin əylənək” deyir. Həmin bu bir ton odun Cənnətdə belindən enəcək. Ondan sonra əylənirsən. Burada əziyyət baş alıb gedir.
(A9 TV; 10 may 2015)
Mehdiyyətin hakimiyyət dövrü çox qısa olacaq. Məqsəd sadəcə, Allahın: “Mən verdiyim sözü yerinə yetirəcəyəm, İslamı dünyaya hakim etdiyimi də görün” mənasındadır. “Mənim üçün asandır” mənasındadır. Yoxsa əylənin, gəzib keçinin, dünyanın dadını çıxarın deyə deyil.
(A9 TV; 10 may 2015)
Ələvilərdə və şiələrdə çox güclü Mehdi sevgisi vardır. Dəlicəsinə bir sevgidir. Sünnilərdə yersiz bir sükunət hakimdir, bu yaxşı bir şey deyil. Bunu düzəltməlidirlər.
(A9 TV; 9 may 2015)
PKK təhlükəsi olduğu müddətcə keşikçilər də lazımdır. PKK aradan qalxdısa, keşikçilər də aradan qalxsın. PKK mövcuddursa, keşikçilik də mütləq olmalıdır.
(A9 TV; 9 may 2015)
İncilin gözəl tərəfi, sevgidən çox bəhs edilməsidir. Məhəbbətdən, dostluqdan, əfv etməkdən, qardaşlıqdan çox bəhs edilir. Bu cəhətinə görə çox hüzur vericidir. Çox ürək açandır.
(A9 TV; 9 may 2015)
Din olmadan insan havalanar. Həyat dəhşətli olar.
(A9 TV; 9 may 2015)
YPG deyə bir şey yoxdur. PJAK deyə bir şey yoxdur. PKK var. PKK-nın müxtəlif adlarıdır bunlar.
(A9 TV; 9 may 2015)
Seçkini dayandırsınlar. Əvvəlcə PKK-nı qanun və hüquqla yerli-dibli yox etsinlər. PKK məsələsi həll olsun, sonra seçkiləri keçirək. Bölgə işğal edildiyi halda, xalq silahla təhdid olunduğu halda seçki keçirmək olmaz.
(A9 TV; 8 may 2015)
Bir adamın mason olması onun dinsiz, imansız olduğu mənasını verməz. Mənim olduqca dindar olan mason dostlarım, tanışlarım var. Katolik olanlar var, qatı katolik masonlar; hahamlar var, qatı dindar hahamlar, mason olan baş hahamlar var. Yəni masonluq dinsizlik demək deyil. Masonluğu bir dərnək kimi başa düşsünlər, bir cəmiyyət kimi. Yəni yaxşı niyyətli olmağı, dostluğu, yoldaşlığı hədəf edən bir cəmiyyətdir.
(A9 TV; 8 may 2015)
Biliyin sahibi Allahdır. Allah bizə biliyi istədiyi qədər verir. Sevginin sahibi də Allahdır. Allahın istədiyi qədər sevilərik. Təcəllinin sahibi də Allahdır. Biz bir insanı sevdiyimizdə Allahın təcəllisini sevərik.
(A9 TV; 8 may 2015)





