İnsanların bir çoxu eqoistdir. Təkcə kiçik, sadə mənfəətləri üçün yaşamaq istəyərlər. Belə insanların həyatı heyrətamiz dərəcədə keyfiyyətsizdir və əzab içindədir.

(A9 TV; 7 yanvar 2018)

Münafiqlərin, qəlbində xəstəlik olanların, təkəbbürü güclü olanların ən çox çəkindikləri, heç danışmaq istəmədikləri məsələ mehdiyyətdir. Mehdiyyətlə bağlı Peyğəmbərimiz (s.ə.v) heyrətamiz dərəcədə detallar vermişdir. Bu detalların hamısı Mehdini gördüyümüz zaman tanımağımız, o dövrdə olduğumuzu bilməyimiz üçündür.

(A9 TV; 7 yanvar 2018)

Rəsulullah (s.ə.v) heç kimi, heç bir hadisəni Mehdi qədər müfəssəl təsvir etməmişdir. Bu, Rəsulullah (s.ə.v)-in Mehdiyə köməyidir. Peyğəmbərimiz (s.ə.v) zər aləmində Allaha söz verdi, Mehdiyə kömək etmək üçün. Bu köməyini də Mehdi bütün təfərrüatları ilə söyləyərək həyata keçirdi. Mehdi və mehdiyyət dövründəki hadisələri elə ətraflı təsvir edib ki, fotoşəkil kimidir maşaAllah.

(A9 TV; 7 yanvar 2018)

Türkiyə qalib gələcək. Türkiyəyə zərər gəlməyəcək. Türkiyə İslam aləminin lideri olacaq. Heç kəs ümidsiz olmasın, qəlbləri də rahat olsun. Türkiyə mehdiyyətin öncülüdür, İslam aləminin qalası olacaq inşaAllah. Çox təəccüblənəcəklər, lakin Türkiyə əleyhindəki bütün oyunlar pozulacaq.

(A9 TV; 7 yanvar 2018)

Tayyib hocam yerli, milli və mənəvi liderdir. İslam Birliyini istəyən hər insan başımızın tacıdır, elə deyil? Tayyib hocam İslam Birliyini müdafiə edir, millət olaraq sonuna qədər yanındayıq inşaAllah.

(A9 TV; 7 yanvar 2018)

Allah ilə əlaqə olmadan, Allahı eşqlə sevmədən, Allaha tam təslim olmadan, həyatı gözəl yaşamaqdan söz gedə bilməz. Allah qullarını diqqətlə izləyər. Allahın qullarına verdiyi nemətlər, qullarının Ona duyduğu sevgi ilə düz mütənasibdir. İnsanlar Allaha nə qədər dərin sevgi bəsləsələr, Allah da insanlara o qədər çox nemət nəsib edər.

(A9 TV; 6 yanvar 2018)

Allah müsəlmanlara sevginin tam yaşama zəminini təqdim etmişdir. Küfr əhlində də sevginin tam yaşama zəminini əllərindən alır Allah. Sevginin yaşanması üçün lazım olan çox şərt vardır. Ən başda insanın Allahı çox sevməsi, Allahdan çox qorxması lazımdır. Eqoist olmaması, səmimi, vəfalı, təmiz, bağışlayan olması lazımdır. Bu cür onlarla şərt həqiqi sevginin yaranması və yaşanması üçün zəruridir. Bu şərtlərdən təkcə biri çatışmadıqda belə sevgidə ciddi sarsıntı yaranar. Küfr əhlində isə bu şərtlərin demək olar ki, hamısında əksiklik olduğu üçün, küfr əhlində sevgi ölü doğar.

(A9 TV; 6 yanvar 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)