Bu dünya sevgi təhsili aldığımız məktəbdir. Sevgi universitetindən akademik professor olaraq məzun olacağıq, Allahın icazəsi ilə. Diplomu aldıqdan sonra qalanı asandır. Bu son dərəcə təfərrüatlı, əhatəli təsviri göstərən Uca Güc yeni təsvir göstərəcək. Pərdə açılacaq daha aydın təsvir yaşayacağıq.
(A9 TV; 8 yanvar 2018)
Səthi olmaq bəzi insanlara asan gələr. Ruh sahibi insan isə səthi olmaqdan çəkinər. Ruh sahibi olan Allaha tabe olmasa, Allaha bağlanmasa dəli olar. Ruh sahibi insanın dərin düşünməməkdən söhbət gedə bilməz.
(A9 TV; 8 yanvar 2018)
Tayyib hocamın kilsə və sinaqoqları təmir edib ibadət üçün açdırması çox xeyirli xidmətdir. Xüsusilə musəvi və xristian düşmənçiliyinin artdığı bu dövrdə nifrət dolu insanlara ən gözəl cavabdır.
(A9 TV; 8 yanvar 2018)
Münafiq ləyaqətsizlik şokuna girən məxluqdur. Üzündə utanma, ləyaqət yoxdur. Bütün dünya üzünə tüpürsə, nə desən də ona təsir etməz, beyni keyləşmişdir. Bütün insanlar onlardan iyrəndiyi üçün, alçaldılaraq insanlıqdan çıxdığı üçün ləyaqətsizlik şoku içindədir. Nə Quran ayəsi, nə müsəlmanların sözü, nə də alçaldılma, heç nə ona təsir etməz. Ağlasığmaz ləyaqətsizdir. Lovğalığı, arsızlığı, murdarlığı, ləyaqətsizliyi üzərində toplamış olan münafiq, ləyaqətsizlik şokundan insan olmaqdan çıxmışdır. Münafiq şeytanın iyrənc məqamının ən yüksək səviyyəsidir. Axırzaman münafiqləri də ən yüksək şeytani məqama gəlmiş ən arsız və ləyaqətsiz münafiqdirlər. Cəhənnəmdə də münafiqlərin bu ləyaqətsizlikləri davam edər.
(A9 TV; 8 yanvar 2018)
Münafiqlər həmişə qısa ömürlüdür. Çünki həyatları həsəd, stress, gərginlik və alçaldılma içində keçər. Möminlər isə uzun ömürlüdür. Axırzamanda da Mehdi uzun ömürlü olacaqdır. Mehdinin uzun ömrü münafiqləri məhv edən xüsusiyyətdir. Hədislərdə Mehdiyə Əyyub kimi əziyyət gələcəyi, lakin dərhal sonra rahatlıq və asanlıq gələcəyi, Mehdinin də Nuh kimi uzun ömürlü olacağı bildirilmişdir.
(A9 TV; 8 yanvar 2018)
Peyğəmbərimiz (s.ə.v)-in ən böyük mübarizəsi münafiqlərə qarşı olmuşdur. Münafiq qruplaşması çox şiddətli idi. Hz. Əlinin, hz. Ömərin, hz. Osmanın və əhli-beytin şəhid edilməsi münafiq hərəkatın namərdliyini və təsirini göstərir. Küfr əhli şəhid edə bilmir, lakin münafiqlər şəhid edirlər. Bu alçaqlığı edərkən də Qurandan istifadə edirlər. Müsəlmanlıq örtüyünə bürünüb müsəlmanlara hücum edirlər. Münafiq, küfr əhlinin müsəlman görünüşünə bürünmüş halıdır. Küfr əhlindən də dəstək aldığı üçün inkişaf edər. Bizim üçün münafiq hücumu sevinc və şövq vəsiləsidir.
(A9 TV; 7 yanvar 2018)
Dünyanı cənnətə döndərmək çox asandır. Çətin olan dava, müharibə, münaqişə, hərislik içində yaşamaqdır. Asan olmasına baxmayaraq, insanların sevgi içində yaşamamalarının səbəbi bir çoxunun Allaha üsyan etməsindən, Allahı unutmasından irəli gəlir. Allahı unutmağın əvəzinə Allah belə çətin həyatla verir.
(A9 TV; 7 yanvar 2018)
İnsan vicdanına tabe olduğu zaman Allahın ruhu fəaliyyətdədir. Dolayısilə vicdanına tabe olan mütləq qazanar, həmişə qalibdir. Çünki Allahın ruhu, Allahın tərəfdarı həmişə qazanandır.
(A9 TV; 7 yanvar 2018)
Çox iti və diqqətli baxan qadın cazibədardır. Onun gözləri ehtirasa açılan pəncərə kimidir. Heyrətamiz gözəl aurası vardır. Cismən və ruhən çox təmiz olar. Estetikanı, keyfiyyəti çox gözəl bilər. Səs tonundan, yerişindən, əndamından cazibədarlığı çox hiss edilər. Bunların hamısı ağıllı, imanlı qadına təqdim edilən nemətdir.
(A9 TV; 7 yanvar 2018)
Səmimi olmayanın qurtuluşu yoxdur. Səmimi olanın qurtuluşu qətidir. Allah; “ancaq səmimi qullarım xilas olar” deyə bildirir. Qurtuluşun tək yolu səmimiyyətdir.
(A9 TV; 7 yanvar 2018)





