Sevgi yüksək nemətdir, yüksək nemət yüksək sözlərlə vurğulanar. Sevgi və eşq özü-özlüyündə coşğudur. Sevgi cümlələrinin də həmişə çox coşğulu olması, ən yüksək coşğuya malik olması lazımdır. Sevgi cümlələrindən utanmaq şeytandandır. Yavaşladılmış, ağırlaşmış sevgi cümlələri həqiqi sevgiyə yaraşmaz.
(A9 TV; 6 yanvar 2018)
Münafiqlər müsəlmanların diqqətini açan, şüurlarını kəskinləşdirən varlıqlardır. Münafiq Müsəlmanların daha güclü, daha zəngin, daha çevik olmalarını təmin edər.
(A9 TV; 6 yanvar 2018)
Süni sevgi, sevgi təqlidi etmək çox böyük bəladır. “Ay canım sənin üçün necə də çox darıxdım, inanmazsan heyrət edəcək şəkildə səni sevirəm” deyir. Olduqca süni üslubdur. “A! Müdir Kamal bəy gəldi” deyir pencəyini düymələyir, “biz sizi çox sevirik” deyir. Halbuki təkcə qorxur. Həqiqi sevgi Allah üçün, Allah qorxusu ilə Allah sevgisi ilə olar. Bir insan təmizdir, humanistdir, mərhəmətlidir, vicdanlıdır, Allahdan çox qorxur, cəsurdur, özünü Allaha həsr edir, bunların hamısını görərsən və elə sevirsən. Heç bir gözəl əxlaq xüsusiyyəti görmədən sevdiyini iddia etmək səmimi deyil.
(A9 TV; 6 yanvar 2018)
Ən böyük faciə Allahdan xəbərsiz olmaq, Allahı unutmaq və Allahın böyüklüyünü təqdir edə bilməməkdir. Bütün fəlakətlər buna bağlı olar. Allah unudulduqdan sonra bədbəxtlik, hüzursuzluq, narkotik asılılığı kimi fəlakətlər bir-birinin ardınca gələr.
(A9 TV; 6 yanvar 2018)
Qızlar daha dərin və incə düşünərlər. Bir çox cəhətdən kişilərdən daha irəlidədirlər. İncəsənət cəhətləri daha güclüdür. İncə düşünmə cəhətləri və diaqnoz qoyma qabiliyyətləri daha yaxşıdır. Gözdəki ən kiçik ifadədən, səsdəki dəyişiklikdən dərhal vəziyyəti anlayarlar. Buna görə kişilər adətən çətin vəziyyətdə qalarlar. Qısaca qadınlar özlərinə çox yaxşı nəzarət edərlər. Kişilər belə deyil. Hislərini daha tez büruzə verərlər. Qadınlar lovğalanmaq istəməzlər, lakin kişilərin lovğa rəftarına qarşı təkcə bu yolla özlərini qoruya biləcəklərini düşünərlər. Qadınlar kişilər tərəfindən kəşf edilməmiş metafizik varlıqdırlar, fövqəladə təsir edən, valehedici nemətdirlər. Lakin kişilərin böyük hissəsi bu neməti görmürlər. Adi gördükləri üçün də Allah qadınların gözəl cəhətlərini onlardan gizlədir.
(A9 TV; 6 yanvar 2018)
Dünya mömin üçün sevgini öyrəndiyi məktəbdir. Sevgi məktəbi asanlıqla məzun verməz. Ağır məktəbdir. Burada sevgini öyrənən məzun olub gedər. Diplom alanlar necə də xoşbəxtdirlər.
(A9 TV; 6 yanvar 2018)
Halal olsun Tayyib hocama, Fransada jurnalistlərin verdiyi suala çox gözəl cavab verib. Allahın icazəsi ilə sonuna qədər, ölümünə yanındayıq. Çünki İngiltərə dərin dövlətinə qarşı qətiyyətini, İslam aləmi üçün səmimi səyini və İslam Birliyini istədiyini görürük.
(A9 TV; 6 yanvar 2018)
Diqqəti Allahdan heç ayırmamağı möminlərin bir-birinə xatırlatması gözəl olar. Hər yerə “şirkdən Allaha sığınıram” lövhələri də qoyula bilər. Hər şeyi edən Allahdır, Allahı unudub, başqa şeylərə güc aid etmək vicdansızlıq olar.
(A9 TV; 4 yanvar 2018)
Risalei-Nur mühüm kitabdır. Gənclər oxusalar çox yararlanar, çox bərəkətlənərlər.
(A9 TV; 4 yanvar 2018)
Bizim fitrətimiz sevgiyə görədir. Nifrət insanı çox əzər. Münafiq nifrəti yaşadığı üçün ömür boyu sürünər. Mömin də sevgini yaşadığı üçün ömür boyu sağlamlıq, sevinc içində gözəl yaşayar.
(A9 TV; 4 yanvar 2018)





