Müsəlman əlindəki hər şeyi paylamaqla məsuldur. Mal, paylamaqla bərəkətlənər. Məsələn, bir insanın 20 otaqlı evi vardırsa, o evdə tək yaşaması vicdanlı olmaz. İnsan bir otaqda yaşayır, bir boşqab yemək yeyir. Möminləri o evin 19 otağında gözəlliklə qonaq qəbul edərsən. İslam əxlaqı bu cür Quranda bildirildiyi kimi yaşansa aclıq, yoxsulluq, kasıblıq, ədalətsizlik qalmaz.
(A9 TV; 7 yanvar 2018)
Eqoist insanlar cəmiyyətin mənəvi bəlasıdır. Münafiqlər çox eqoistdirlər. Allahın hikməti olaraq belə insanlar hər yerdə alçaldılarlar. Allah həmişə axmaqlıq və ağılsızlıqlarını bütün insanlara göstərər.
(A9 TV; 7 yanvar 2018)
Ağlın məhək daşı Qurandır. Bir məsələ Qurana baxılaraq anlaşılar. Məsələn, hansı baxışın gözəl olduğunu anlamaq istəyirsən, Qurana baxarsan. Allah ruhdakı xainliyin baxışdan bilindiyini söyləyir. Beləliklə, biz gözəl baxışın nə olduğunu Qurandan anlamış olarıq.
(A9 TV; 7 yanvar 2018)
Gözün gözəlliyi baxışdakı ehtiras və dərinlikdən asılıdır. Allahı sevən göz, Allaha aşiq olan göz Allahın təcəllilərinə baxdığını bilərək dünyaya baxdığı üçün çox mənalı və gözəldir. Lakin axmaqca baxış vardırsa, Allahın təcəllilərini görə bilmir deməkdir, şeytani ruh halı içindədir. Bu insan hər şeyə kin və nifrət gözü ilə baxar, buna görə də, gözündə qətiyyən ehtiras, eşq və gözəllik yaranmaz.
(A9 TV; 7 yanvar 2018)
Var olan hər şeyin başlanğıcı sonsuz əvvəldədir. Biz sonsuz əvvəldə də vardıq, sonsuz sonrada da varıq. Allahdan heç ayrılmadıq. Həmişə Allah ilə birlikdəyik.
(A9 TV; 7 yanvar 2018)
Həm darvinist ideologiya, həm də ənənəçi ortodoks sistem qadına və qadın gözəlliyinə qarşıdır. Darvinist ideologiya qadını itdən bir az daha inkişaf etmiş heyvan kimi görür. Ənənəçi ideologiya qadını döyülməli, baxımsız və çirkin olan, cəhənnəmi dolduracaq yarım varlıqlar kimi görür. Belə vəziyyətdə cəmiyyətdə qadına hörmət necə olsun? Bu vəziyyətdə qadını necə sevəcəksən, ona necə aşiq olacaqsan, necə ehtirasla bağlanacaqsan? Qadın sevgisi və gözəlliyinin tam yaşanması Quran əxlaqı ilə mümkündür.
(A9 TV; 7 yanvar 2018)
Səbir qətiyyətli olaraq yaxşı olanda davam etməkdir, imtina etməməkdir. Səbir qətiyyətli olmağın adıdır, dözmək səbir deyil.
(A9 TV; 7 yanvar 2018)
Allahdan başqa heç bir güc yoxdur. Yeganə təhlükə Allahın rizasını tərk etmək olar. Təhlükə olar deyə düşündüyün hər şey Allahın sənin beynində yaratdığı təsvirdir. Bütün güc Allaha məxsusdur. Təhlükə Allahı unutmaq, Allahdan üz döndərməkdir. O zaman (Allah qorusun) səni xilas edəcək heç bir güc olmaz.
(A9 TV; 7 yanvar 2018)
Münafiq möcüzəvi şəkildə axmaq və arsız olar. Münafiqin ibrətamiz halından biri də cəhənnəmdə belə arsız olmasıdır. Mömin onunla elmi mübarizəni ibadət olaraq edər.
(A9 TV; 7 yanvar 2018)
Münafiqlərin mövcudluğu müsəlmanlarda ağlın inkişaf etməsinə, savabın sel kimi axmasına səbəb olar. Münafiqi elmlə, irfanla əzmək şeytanı əzməkdir. Dünyada möminin mövcud olma məqsədlərindən biri şeytanı elmi yolla əzməkdir. Allah axirətdə şeytanla lazımı qədər elmi mübarizə aparıb-aparmadığımızı mütləq soruşacaq. Şeytanla mübarizədən qaçmaq çox böyük faciəyə səbəb olar. Münafiq mikrobdan daha aşağı mövqedə olduğu üçün, cəmiyyətin sağlamlığı və yaxşılığı üçün əks elmi cavabın çox güclü olması lazımdır.
(A9 TV; 7 yanvar 2018)





