Quran hakim kitabdır. İsəvilik və musəvilikdəki səhv olan mövzuları vurğulayar. İsəvilərin üçləmə inancının doğru olmadığını Quran açıq şəkildə ifadə edər. İsa Məsihin ölmədiyini və çarmıxa çəkilmədiyini də bildirər. Bununla yanaşı qəti olaraq bildirilən bir bilgi də İsa Məsihin yenidən gələcəyidir.

(A9 TV; 4 yanvar 2018)

Sevgidə yaşı bəhanə kimi göstərmək cəmiyyətin lazımsız qaydasıdır. Ruhda yaş olmaz. Sevənləri bir-birindən ayırmaq üçün şeytan axmaq bəhanələr ortaya atar. Mömin bu bəhanələrə fikir verməz. Mömin sonsuz yaşdadır. Sevgidə yaşı bəhanə etmək deyə bir məsələ mömin üçün keçərli olmaz.

(A9 TV; 4 yanvar 2018)

Şeytana, münafiqə imkan verilməsə imtahan və sevgi yox olar. Münafiq müsəlmana heyrətamiz şövq verər. 1-dirsə 10 əylənər, 1-dirsə 10 zəngin olar. Dostluq əlaqəsi 1-dirsə 10-a yüksələr. Münafiq möminə benzin təsiri göstərər. Mömini şövqləndirər və açar.

(A9 TV; 4 yanvar 2018)

İnsanların bir hissəsi hər şeyin Allahın nəzarəti altında olduğunu təsəlli zənn edirlər. İman gətirənlərin bir hissəsinə də küfr əhlinin çoxsaylı olması təsir edir, küfr özlərini əzər deyə çəkinirlər. Hamısı Allahın nəzarəti altındadır, bütün güc Allahın tərəfdarlarının yanındadır. Allahın ruhunu daşıyanlar üçün Allah bütün dünyanı formalaşdırar. Məsələn, Hz. Musa olarkən bütün dünya onun ətrafında fırlanır, bütün hadisələr hz. Musaya görə formalaşır. Dolayısilə müsəlmanlar heç narahat olmasınlar, çox rahat olsunlar. Bir qrup müsəlman bütün dünyaya qarşı müvəffəq olacaq.

(A9 TV; 4 yanvar 2018)

Dünyanın etdiyi ən böyük günah, ən dəhşət verici səhv, ən seviləcək varlıq olan Allahdan bu qədər uzaq olmaqdır. İnsanların Allaha qarşı bu nankorluqları çox təəccüblüdür. Bəşəriyyət çox uzun illərdir ki, çox böyük səhv edib. Allahın mövcudluğuna inanırlar, lakin Allahdan uzaq olurlar. Amma inşaAllah, qarşıdakı illərdə Allaha olan sevgi inanılmaz yüksələcək. Hər yerdə Allah zikr ediləcək. Allah sevgisi çox aydınlaşacaq və kəskinləşəcək.

(A9 TV; 4 yanvar 2018)

Qadınların səbirləri, vəfaları, təmizlikləri, keyfiyyət və incəsənət anlayışları çox yüksəkdir. Qadınlar həm əxlaq olaraq, həm də gözəllik olaraq çox böyük nemətdir. Qadın gözəlliyinin aradan qaldırılması şeytanın, dünyanı cəhənnəmə döndərmək üçün oynadığı oyundur.

(A9 TV; 4 yanvar 2018)

Gənc qızlar və dəliqanlılar bir-birilərini ön mühakimə ilə dəyərləndirməsinlər. Mütləq təkəbbürlənəcək, lovğalanacaq, xəcalətli edəcək deyə çəkinirlər. Dəyər verməyəcək, müəyyən yolla alçaldacaq deyə çəkindikləri üçün özlərini qoruyurlar. O zaman sevgisiz, hörmətsiz, kim kimi daha çox alçaldacaq, kim kimi üstəsindən gələcək yarışı olur. İki tərəf də sadəcə fürsət qazanmaq istəyir. Bu şəraitdə dostluq olması, səmimiyyət olması qeyri-mümkündür. Bunun aradan qalxması üçün iki tərəfin də ortaq konstitusiyada, Quranda ittifaq etməsi lazımdır. Quranı əsas götürməyən insana necə güvənə bilərsən, harada nə edəcəyindən necə əmin ola bilərsən?

(A9 TV; 4 yanvar 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)