Səlahəddin Dəmirdaşın müsəlman olduğu məlumdur. Daim Allahdan, dindən bəhs edir. Heç kim ona dinsiz deyə bilməz. Bir dəfə belə “Allah” deyən insanın, müsəlman olduğu barədə hökm verilər.
(A9 TV; 19 may 2015)
İran darvinist ölkədir. Darvinist ölkə olduğundan ötrü Allaha, dinə inanmır. Mollaların söylədikləri xurafatlar onsuz da dəhşət vericidir. Buna görə də, dinsizlik çox geniş yayılmışdır; gənclər arasında ateizm çox geniş yayılmışdır.
(A9 TV; 19 may 2015)
Müsəlman müsəlmana güllə atmaz. Sən İŞİD-ə qarşı nə edə bilərsən? Ancaq danışa bilərsən. “Siz də müsəlmansız, biz də müsəlmanıq” deyərsən. “Sülh bağlayaq” deyərsən. Müsəlmanın qarşısına tapançayla, tüfənglə çıxmaq olmaz. Qan axıtmaqla, bombayla olmaz.
(A9 TV; 19 may 2015)
“Mən çox zənginəm” deyir. Sən necə zəngin ola bilərsən? “Yaxtam var” deyir. Yaxta haradadır? Beyninin içindədir. Yaxta haradadır? Mənim beynimin içindədir. Sən necə zəngin ola bilərsən? Bütün mal, mülk Allaha aiddir. Allah kölgə varlıq olaraq yaradır.
(A9 TV; 19 may 2015)
İŞİD-lə mübarizə aparmaq istəyən Mehdi (ə.s)-ı axtarsın. Bundan başqa bir yol tapa bilməzlər. İsa Məsihi axtarsınlar. Axtarmasalar bu bəla davam edər.
(A9 TV; 18 may 2015)
Amerika, Mehdiyyəti dəstəklədiyi halda xilas ola bilər. Başqa cür olduqda nə bölgəni, nə də özünü xilas edə bilər. Özü də məhv olar, bölgə də. Mehdiyyətdən başqa həll yoxdur. İndi anlamazlıqdan gəlirlər, lakin anlayacaqları vaxt gəlib çatacaq. Çox tez zamanda.
(A9 TV; 18 may 2015)
Qatı dinçinin ən diqqətə çarpan xüsusiyyəti qadın düşmənçiliyidir. Qadınlara qarşı içində təsvir edilməz kin və qəzəb var. Qadınlara nifrət edər. Küçədə gördüyü qadınları öz aləmində həmişə aşağı hesab edər, səthi hesab edər. Özünü böyük hesab edər.
(A9 TV; 16 may 2015)
“Böyük Orta Şərq Layihəsi” dəccaliyyətin layihəsidir. Dəccaliyyət İslam aləmini tikə-parça etmək, kiçik parçalara ayırmaq və buna görə çox asan şəkildə gücsüz hala gətirib yox etmək üçün bir plan qurdu. Allah öz qurduqları tələyə özlərini saldı, amma bunu daha sonrakı illərdə görəcəksiniz.
(A9 TV; 16 may 2015)
Böyük Orta Şərq Layihəsinin məqsədi İslam aləmini parça-parça etmək idi. Yəni mehdiyyət, vəhdəti, bütövlüyü, birliyi təmin etmək istədiyi halda, dəccaliyyət də parça-parça etməyi qarşısına məqsəd qoydu.
(A9 TV; 16 may 2015)
Ənənəvi Ortodoks müsəlmanlar sevgidən bəhs etməzlər. Bu bir möcüzədir. Qətiyyən bəhs etmirlər. Kainatın yaradılma məqsədi olan bir gözəlliyi ağızlarına belə almırlar.
(A9 TV; 16 may 2015)





