Allahı zikr etməkdə zəiflik göstərmək haramdır. Bütün İslam aləminin başında bu bəla var. Təbliğə ehtiyac duymurlar. “Onsuz da Diyanət İşləri Nazirliyi bunu edir, biz niyə edək?” deyirlər. Təbliğ bütün müsəlmanlar üçün fərzdir.

(A9 TV; 20 may 2015)

Sağçıların ideoloji zəminini mən və yoldaşlarım hazırladıq. Sağçı bir hökumətin ideologiyası olmadan, hakimiyyətə gəlməsi qeyri-mümkündür. Nə etdik? Darvinizmi, materializmi elmi dəlillərlə yerli-dibli yox etdik. Türkiyədə solçular elmi və fəlsəfi cəhətdən öldü, bundan sonra isə sağçılar hakimiyyət sahibi oldu. Yoxsa darvinizm yox olmadığı halda, sağçı bir partiya addım belə ata bilməzdi.

(A9 TV; 20 may 2015)

İnsan sevdiyi kimsəni tənqid edər. Dost tənqid edər. Dostun tənqid etməyi insanlara acı gələr. Amma dərman kimidir.

(A9 TV; 20 may 2015)

Bir ölkədə tənqid varsa, deməli, həmin ölkə azad ölkədir. Tənqid olmayan məmləkətdə yaşamaq olmaz. Qoy tənqid edən çox olsun. Bu sağlamlıq əlamətidir, gözəllik, canlılıq əlamətidir. Heç kim səsini çıxartmırsa bu ölümdür, ölüm əlamətidir. Müxalif jurnalistlər olsun, müxalif televiziya kanalları olsun, uca səslə danışsınlar.

(A9 TV; 20 may 2015)

Müşriklər təhqir edə bilər, pis sözdə deyə bilər, hücum edə bilər. Allah: “Onlara fikir vermə” deyir. Niyə fikir vermə deyir? Çünki onlara o gücü verən Allahdır. İstəsə müşrik olmazdı. Onların danışdıqları şeyləri də yaradan Allahdır. İstəsə hamısının ağzını bağlayar, heç danışa bilməzlər. Bunun üçün Allah müsəlmanlardan, çox soyuqqanlı ruh halına sahib olmalarını istəyir.

(A9 TV; 19 may 2015)

İslam dini asanlıq dinidir, çətinlik dini deyil. Amma qatı dinçilər, onu çox çətin hala, yaşana bilməyəcək hala gətirdirlər. Buna görə də İslam aləmində xalqın böyük bir hissəsi İslam dinini yaşamır.

(A9 TV; 19 may 2015)

Mehdi (ə.s)-ı mən də axtarıram, siz də axtarırsınız. Amma tapa bilməməyimiz, hələ də onu görə bilməməyimiz fəaliyyətimizi, göstərdiyimiz səyi qətiyyən dəyişdirmir və dəyişdirməz də. Ölənə qədər davam edərik.

(A9 TV; 19 may 2015)

İnsanlar bütün mehdilərə müqavimət göstərəcəklər. Bu, onun mehdi olduğunun əlamətidir. Əgər asanlıqla irəliləyəcək olsa, belə ki, Peyğəmbərimiz (s.ə.v); “40 il mübarizə aparacaq” deyir, onda niyə 40 il mübarizə aparsın? 40 gün belə davam etməz, dərhal nəticə alar. Amma belə olmur.

(A9 TV; 19 may 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)