Allah bir insanın köksünü İslam üçün açdığı vaxt, həqiqətən həmin insanın ağlına nur gələr, bədəninə nur gələr. Çox nizamlı olar, məqbul olar. Əksi olsa, nizamsız olar. Əlbəttə ki, yenə nadir hallarda təmkinli insanlara da rast gəlinir. Amma əksəriyyəti nizamsız olur. Ağıllı şəkildə düşünə bilmirlər.

(A9 TV; 21 may 2015)

Ayə deyirik; “Allah Quranda belə deyir” deyirik. “Hocalar belə demir” deyir. Sən niyə Qurana etibar etmirsən? Allahın Kitabına etibar etmirsən. Hökmən atalarının dinini Quranda tapmalıdır. Tapmasa qəbul etmir. Din birbaşa Qurandan öyrənilər. Atalardan öyrənilməz.

(A9 TV; 21 may 2015)

Hz. Mehdi (ə.s) müstəqil güc sahibi deyil. Güc tamamilə Allaha məxsusdur. Hz. İsa Məsih (ə.s) müstəqil güc sahibi deyil, güc tamamilə Allaha məxsusdur. İnsanlar bəzi hallarda, məhz belə şirk düşüncəsinə sahib olurlar, hz. Mehdi (ə.s)-ın müstəqil güc sahib olduğunu zənn edirlər. Halbuki ilk nəfəsi, son nəfəsi, hamısı bəllidir.

(A9 TV; 21 may 2015)

İŞİD-in fəaliyyətini dayandıra bilməzsiniz. Taleləri belədir. Hədislərdə açıq şəkildə bildirilmişdir. Mehdi (ə.s) “dayan” desə, o dəqiqə dayanarlar. Çıxış yolu olaraq gedib Mehdi (ə.s)-ı axtarsınlar. Bunu deyim ki, bunun başqa cür həlli yoxdur. Taleyə qarşı çıxa bilməzlər, əbəs yerə özlərini yorurlar.

(A9 TV; 21 may 2015)

İŞİD məsələsinin həlli Mehdi (ə.s)-dır. Özləri də deyirlər; “biz Mehdi (ə.s) zühur edənədək bu cür fəaliyyət göstərəcəyik, Mehdi (ə.s) çıxdığı vaxt onunla birləşəcəyik, ona itaət edəcəyik” deyirlər.

(A9 TV; 21 may 2015)

Bütün dünyada əzan oxunmalıdır. Amerikada, Avropada. Ölkələrə bərəkət gələr, üzərlərindəki uğursuzluq yox olar. Məsələn, Nyu-Yorkda azan oxunsa, şəhəri bərəkət bürüyər.

(A9 TV; 21 may 2015)

Avtomagistral yolları bələdiyyə salmaz, Allah salar. O yol başının içindədir. Sən yolu beyninin içində görürsən. Elə ki, avtomobilə mindin, həmişə beyninin içində yol görünüşü meydana gəlir. O zaman kim yaratmışdır? Allah yaratmışdır. Bu elmi bir həqiqətdir.

(A9 TV; 20 may 2015)

Sübh namazına necə oyanacaqlarının dərdini çəkirlər. Həmişə; “necə oyanacağıq?” deyə şikayət edirlər. Sabahı gün sizə təmənnasız şəkildə 5 min lirə pul verəcəyik desən, səhərə qədər yatmazlar. Əlli dəfə üzünü, əlli dəfə qolunu, əlli dəfə də ayağını yuduğun təqdirdə, hər səhər 5 min lirə pul alacaqsan desən, milyonlarla insan sıraya düzülər. Bax, Allah əbədi cənnət həyatı vəd edir, inanmadığı üçün etmir. İnansa edər.

(A9 TV; 20 may 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)