Müşriklərin Mehdidən xoşu gəlməz, İsa Məsihin enişindən xoşu gəlməz, İslam Birliyindən xoşu gəlməz. Bir şəkildə sözü əyər-bükər bunu ifadə edər. Allah ayədə: “Belə ki, müşriklərin xoşuna gəlməsə də, Onu (haqq din olan İslamı) bütün dinlərdən üstün edəcəkdir” deyir. Çünki müşriklər qəti şəkildə İslam Birliyinə, Mehdiyə, İsa Məsihin enişinə qarşı çıxırlar.
(A9 TV; 15 may 2015)
Mömin nurlu olur, təmiz olur, xoş təbiətli olur, vicdanlı olur, qəlbə gözə xoş gəlir. Müşrik murdardır və daim pis şeylərdən bəhs edər. İyrəncdirlər. Həmişə dinə istehza edən üslub göstərərlər. Bu xüsusiyyət bütün müşriklərdə vardır; dinə, İslama qarşı istehza mahiyyətli sözlər danışmaq.
(A9 TV; 15 may 2015)
Müşriklər Allahın hökmünü, Quranı qeyri-kafi görərlər. Öz aləmlərində Allaha əxlaq öyrədir, Allaha din öyrədirlər, haşa. Buna görə də, İslam dininə ya əlavələr, ya da çıxarışlar edirlər.
(A9 TV; 15 may 2015)
Müşrik nə deməkdir? Müşrik; Quranı qeyri-kafi görən, Allahın hökmünü qeyri-kafi görən və haşa Allaha din öyrətməyə çalışan kimsə deməkdir. Allahın dininə Onun adından istifadə edərək əlavələr edən kimsədir.
(A9 TV; 15 may 2015)
Qatı dinçilər, həyatı cəhənnəmə çevirən, İslamı cəhənnəm kimi göstərən hərəkətin, ən təqvalı hərəkət olduğuna inanırlar. Məsələn, namazı qıla bilməyəcək hala gətirərsə, onun təqvalı bir hərəkət olduğuna inanırlar. Dəstəmazı alına bilməyəcək hala gətirərsə, bunun da təqvalı bir hərəkət olduğunu düşünürlər. Halbuki, Allah Quranda dəstəmazın tərifini bir sətirlə vermişdir.
(A9 TV; 14 may 2015)
Quranda şiəlik vardır? Quranda sünnilik vardır? Haradan çıxarırsınız? Quranda Vəhhabilik vardır? Bir Quran, bir İslam dini var. Hamımızın adı da müsəlmandır.
(A9 TV; 14 may 2015)
Qatı dinçilər müsəlmanları bir-birinə də qırdırırlar. O bunu öldürür, bu onu öldürür. Fəxr edir sonrada. “Allaha çox şükür, bu gün iki yüz şiəni öldürdük” deyir. Digərləri də; “Allaha çox şükür biz bu gün üç yüz sünnini öldürdük. Havadan bombaladıq” deyir. Qatı dinçi İslam anlayışı özü ilə məhz bu fəlakəti gətirdi.
(A9 TV; 14 may 2015)
İslam dinini bütün dünyada, haşa, bəla kimi göstərən, cəhənnəm həyatı kimi göstərən qatı dinçilər ortaya çıxdı və müsəlmanları məhv etdilər. Əfqanistanda müsəlmanları boğdurdular, İraqda, Suriyada, Liviyada boğdurdular. Dünyanın hər yerində əzdirdilər.
(A9 TV; 14 may 2015)
Qatı dinçilər başlarını, daim Peyğəmbərimiz (s.ə.v)-in evlilik həyatı, qadınlara olan sevgisiylə məşğul etmişdirlər. Həm bu mövzuyla əlaqəli ayələri heç söyləmək istəməz, həm də bu barədə danışmaq belə istəməzlər. Gizlətmək istəyirlər. Məsələn, cənnətdə xanımlar olduğunu da söyləmək istəmirlər.
(A9 TV; 14 may 2015)
Quranda tələb olunan şeylər çox azdır. Namaz çox qısa şəkildə izah olunmuşdur, oruc qısa şəkildə izah olunmuşdur, zəkat qısa şəkildə izah olunmuşdur. Mərhəmətli olun, şəfqətli olun, yalan danışmayın, dürüst olun. Yaxşı niyyətli olun, bir-birinizi sevin. Allahı çox sevin. Bir-birinizə kömək edin, mal-dövlət yığma hərisliyiniz olmasın; mal-dövlət Allahındır. Çox qısadır. Bunlardan başqa həmişə kafirlərin törətdikləri pis əməllər, küfr əhlinin, azğınların, dəlalət əhlinin ədəbsizlikləri və bunlara verilən cavablar vardır.
(A9 TV; 14 may 2015)





