Dünyanın yaradılma məqsədi sevgidir. Allah sevgi olmasa, kainatı yaratmaz. Sevgi üçün yaradır. Cənnətin məqsədi də sevgidir. İmtahanın məqsədi də sevgidir. Allahın da bizdən istədiyi sevgidir.
(A9 TV; 16 may 2015)
Qadın üstün varlıqdır, gözəl varlıqdır. Allah qadın və kişini bərabər yaratmışdır, amma qadın mötəbər varlıqdır.
(A9 TV; 16 may 2015)
Hz. Mehdi (ə.s) olduğu dünyada qiyamət qopmur. Amma insanların xəbəri yoxdur. Dünyadakı bütün xurafatçılar ona düşməndir. Onun sayəsində hələdə yaşadıqlarından xəbərləri yoxdur. Onun sayəsində qiyamətin qopmadığından xəbərləri yoxdur. Küfr əhli, azğınlar, dəlalət əhli, hamısı, onun sayəsində yeyib içdiklərindən xəbərləri yoxdur.
(A9 TV; 16 may 2015)
Xurafatçılardakı sevgisizlik, qadına qarşı olmaları ağlasığmaz dərəcədədir. Qadına qarşı olsan, deməli, dünyanın yarısına qarşı olmusan. Çünki qadın anadır. Sən dünyanın yarısına və analara qarşı olursan. Belə olduqda isə, dünyada İslam dini tamamilə zəifləyir, hal-hazırda olduğu kimi.
(A9 TV; 16 may 2015)
Ənənəvi ortodoks İslam, qadını yarım insan hesab edir. Halbuki qadın və kişi bərabərdir. Allah bu həqiqəti bir çox ayədə bildirir.
(A9 TV; 16 may 2015)
İslam çox qısa müddətdə yayıla biləcək, bütün dünyanın sevəcəyi bir dindir. İslam dini, xurafatçı qadınlar və xurafatçı kişilərin mənfurluğu ucbatından yayılmır. Heç sevgidən danışmırlar. Üzlərində nur yoxdur. İncəsənət nədir bilməz, gözəllik nədir bilməz, estetika nədir bilməzlər. Halbuki Allah öz istəyini; “Bu dünyada hüzurlu, sevgi dolu, dostcasına, qardaşcasına, Mənə ibadət edərək və Məni sevərək, halala, harama diqqət edərək yaşayın, Mən də sizə bolluq və bərəkət verəcəyəm” deyir.
(A9 TV; 16 may 2015)
Azərbaycan xalqı bizim canımızdır, azərbaycanlılar çox tərbiyəlidirlər, çox alicənabdırlar. Onlar heç degenerasiyaya uğramadı, heç dəyişmədi. Çox əsil-nəcabətli qaldılar. Əlbəttə ki, İlham bəy çox ağıllı bir rəftar nümayiş etdirdi, heç vaxt qatı dinçiliyin üzünə qapı açmadı. Həqiqi İslama qapı açdı, amma qatı dinçiliyə qarşı qapısını bağladı.
(A9 TV; 16 may 2015)
Azərbaycan dövlətinin xüsusiyyətlərindən biri Türkiyəyə ən yaxın ölkə olmasıdır. Azərbaycan bizim üçün Konya kimidir, Əskişəhər kimidir, İstanbul kimidir. Bu, bütün Türkiyədə belə bilinir. Ən yaxın bilinir. Azərbaycan üçün də Türkiyə belədir.
(A9 TV; 16 may 2015)
Azərbaycan Türkiyənin üzünə qapılarını açacaq. Bu İslam Birliyi, Türk İslam Birliyinin ilk qığılcımı olacaq. İsrail torpaqlarını da əhatə edəcək şəkildə böyük bir Türk İslam Birliyi meydana gələcək. Bütün bölgə rifaha, əmin-amanlığa qovuşacaq inşaAllah.
(A9 TV; 16 may 2015)
İslam, Peyğəmbərimiz (s.ə.v)-in dövründə hakim olmadı, onun övladının, onun sərkərdəsinin vəsiləsiylə hakim olacaq. Mehdi (ə.s) vəsiləsiylə hakim olacaq. Qələbə kimindir? Allahındır. Kimi vəsilə edir? Peyğəmbərinin övladını. Peyğəmbərin nəvəsinin qazanacağı qələbə, Peyğəmbər (s.ə.v) üçün şərəf olar.
(A9 TV; 15 may 2015)





