Fədakar olmamaq çox böyük vicdansızlıq, əxlaqsızlıqdır. Məsələn, ölkəmizə sığınan suriyalı məzlumlar. Əlbəttə ki, bu bizə iqtisadi yük gətirir, çətinlik gətirir; fəda olsun. Ailəvi şəkildə məhv olmalarından, işgəncə və əzab çəkmələrindənsə, qoy bizim pulumuz getsin.

(A9 TV; 22 may 2015)

Mömin iman sahibi olmaqla yaraşıqlı olur, imtahana çəkilməklə gözəl olur. İmtahan mühiti aradan qalxsa mömin məhv olar, Allah qorusun. Yəni heç bir çətinliklə qarşılaşmırsa, deməli, heç bir savab da qazanmır. Biz imtahan olunmağa gəldik. Allah da bunun üçün: “Yoxsa siz elə güman edirsiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən, birbaşa Cənnətə daxil olacaqsınız?” deyir.

(A9 TV; 22 may 2015)

Avropanın İŞİD ilə mübarizə aparması çox böyük səhv olar. Cinayət törətməklə, adam öldürməklə olmaz. Məsləhətim budur ki, Mehdi (ə.s)-ı axtarsınlar. Qurtuluş bundadır. İsa Məsihi axtarsınlar, qurtuluş bundadır. Bundan başqa yol olmaz.

(A9 TV; 22 may 2015)

İŞİD-in fəaliyyətini dayandıracaq güc imam Mehdi (ə.s)-dır. Hədislərə görə, “qara bayraqlılar” imam Mehdi (ə.s)-a tabe olacaq və bu yolla da İŞİD yox olmuş olacaq. Bunu deyim ki, İŞİD-in fəaliyyətini bundan başqa yolla dayandıra bilməzlər. Talelərində yoxdur.

(A9 TV; 22 may 2015)

Dünyadakı bütün dövlət xadimləri Qurana tabe olmalıdır. Məqbul və ağlabatan olması üçün. Baxın ölkələrə, gördüyünüz kimi bəziləri çevriliş həyata keçirir, bəziləri də insanları aparıb asır. Böyük hissəsi nizamsızdır. Xalqlara zülm verirlər.

(A9 TV; 21 may 2015)

Quran həmçinin ağlın kitabıdır. Həm sevginin, həm də ağlın kitabıdır. İnsan Qurana tabe olduğu təqdirdə ağıllı olar. Məqbul, nizamlı olar.

(A9 TV; 21 may 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)