Qatı dinçilərin göstərdiyi din cəhənnəmdir. Musiqi yox, şəkil yox, əyləncə yox, sevgi yox, dostluq yox, yoldaşlıq yox, heç nə yoxdur. Bəla var, tərbiyəsizlik var, məntiqsizlik var, xurafat var, batil inanclar var.
(A9 TV; 26 may 2015)
Dindən uzaq olduqda, İslamdan uzaq olduqda, Allahdan qorxmadıqda, Allahı sevmədikdə həyat kabus olur. Allahdan tək sözlə belə bəhs etmirlər. Bir dəfə “Allah” de. Dilin mi qopar, bir “Allah” de, bir şey olmaz. Demirlər. İnanılmaz bir narahatlıq, inanılmaz bir gərginlik var. Qətiyyən sevgi yoxdur. Sevgi deyə bir şey yoxdur, bitmişdir sevgi. Hörmət də yoxdur, hörmət də qalmamışdır.
(A9 TV; 26 may 2015)
Palçıqlı sudan insan yaranarmı? Fillər, zürafələr, quşlar, leyləklər, zeytun, portağal ağacları, pomidor, bibər; “hamısı təsadüfən palçıqlı sulardan yarandı” deyir. Onda bir çənin içinə bütün kimyəvi maddələri dolduraq və istədiyiniz hər şeyi edək. İnsanlar da həmin çənin başında atadan oğula milyonlarla il gözləsinlər. O çənlərdən nə zürafə, nə insan, nə pomidor, nə bibər, nə də üzüm çıxar; heç nə çıxmaz.
(A9 TV; 26 may 2015)
Allah insanı gözəl bir yaradılışla yaradacaq, beş duyğu verəcək; sən də; “təsadüfən palçıqlı sulardan yarandın, mikrobdan meydana gəldin sən. Allah yox” deyəcəksən. Guya elmin mənfəəti üçün, bu qədər meyvəni, bu qədər tərəvəzi, heyvanları, bitkiləri yaradan Allahı tamamilə inkar edəcəksən. Bu çox böyük bir fəlakət gətirər. İnsanlar məhv olar. Allah mehdiyyət vəsiləsiylə Türkiyəni məhv etmir.
(A9 TV; 26 may 2015)
Məktəblərdə darvinizm geniş şəkildə izah edilsin, lakin cavablandırma haqqı verilsin. Sadəcə daşlaşmış qalıntıları (fosilləri) aparıb məktəblərin önünə qoyaq. Şagirdlər görsün. Bu qədər, başqa şey istəmirik. Zülalın elmi cəhətdən təsadüfən meydana gəlməsi qeyri-mümkün olduğu deyilsin.
(A9 TV; 26 may 2015)
Qurandakı hikmətlərin anlaşılması üçün, Onun aramla, başa düşülərək və yavaş-yavaş oxunması vacibdir.
(A9 TV; 23 may 2015)
Çox nadir seçilmiş, Allah tərəfindən xüsusi olaraq ilham edilmiş və Allah tərəfindən dərin yuxuya verilmiş insanlar Mehdi (ə.s)-a yaxınlaşır. Kəhf əhli kimi. Bu cür adam, taleyində olduğu üçün, istəsə də uzaqlaşa bilməz. Həqiqi Mehdi tələbəsinin iradəsi çatmaz getməyə. Amma o biriləri də, istəsələr belə, hz. Mehdi (ə.s)-ın tələbəsi ola bilməzlər.
(A9 TV; 23 may 2015)
Kəhf surəsi birbaşa mehdiyyətdən bəhs edən bir surədir. Əvvəldən axıra qədər mehdiyyəti izah edir. Amma işarələrlə, sirr dolu izahatlarla izah edir. Yəni açıq-aşkar, aydın şəkildə izah olmaz. Ağıl sahibi, hikmət sahibi, təfəkkür sahibi olan, Allahın istəyi ilə, verəcəyi ilhamla, oradakı simvolların, işarələrin sirrini açar.
(A9 TV; 23 may 2015)
Allah həyatı yuxu kimi yaradır. Quran bu böyük sirrə işarə edir. İnsanlar dünyada yuxuda olduqlarını bilmirlər. Halbuki, hal-hazırda hamısı yuxudadırlar, yuxu görürlər. Bir hissəsi, məsələn, fəlsəfə tədqiqatçıları, bu həqiqətə heyrət və dəhşət içində şahid olurlar.
(A9 TV; 23 may 2015)
Küfr əhlindən ayrılmaq, küfr əhlinin mədəniyyətindən uzaqlaşmaq insanın beynini təmiz və pak edər. Bir çox insan küfr əhlindən tamamilə ayrıla bilməz. Belələri yarı müsəlman olub, yarı küfr içində olar. Küfr əhlinin mədəniyyətini yaşayar.
(A9 TV; 23 may 2015)





