Təkəbbür hissi insanı özündən razı, ədəbsiz biri edir və ən pisi də həmin insan aciz mövqeyə düşəcək şəkildə ağılsız olur. Məsələn, axmaqcasına bir-birinin ardınca yalanlar söyləyir. Ən axmaq insanın belə danışmayacağı məntiqsiz şeylər danışır. Ruhunda inanılmaz qarışıqlıq olur, böyük bir qarışıqlıq olur. Küfr əhlinə çox meylli olur.

(A9 TV; 27 may 2015)

Allah ayədə hz. Musa (ə.s) barədə: “Onu mühüm sınaqlardan keçirtdik” (Taha surəsi, 40) deyir. İmtahandan keçirtdik. Ondan sonra ulul əzm peyğəmbər olur. Normal hadisələr yaşasaydı, o zaman hər hansı bir insan olardı. Amma qeyri-adi imtahan edildiyi üçün inanılmaz bir insan olur.

(A9 TV; 27 may 2015)

Materialistlər; “madam ki, Allah var, dünyanı bir anda cənnətə çevirsin. Niyə bu əzablar, sıxıntılar var?” deyir. Ağıla bax, məgər sən buraya imtahan olunmaq üçün gəlmədin? Əylənməyə gəlmədiyinə görə, imtahan olunmağa gəldiyinə görə, əlbəttə ki, əzablar, sıxıntılar olacaq. Çətinliklər olacaq. Çətinlik yaşamadan, sən necə imtahan olunacaqsan?

(A9 TV; 27 may 2015)

Biz Cümhuriyyət Xalq Partiyasını dindar olması üçün daim təşviq etdik və xeyli irəliləyiş əldə etdilər. Dindarlığa doğru çox gözəl addımlar atdılar. Amma atdıqları hər addım onların burnundan gətirilsə, hər addımlarından sonra mənfi sözlər eşitsələr, onda bir hissəsi dindarlığa qarşı çıxa bilərlər. Bu da yaxşı olmaz. Digər mövzularda tənqid etsinlər, amma mənim fikrimcə din mövzusunda bunu etmələri səhv olar. Çünki onların dindar olması bütün müsəlmanların lehinədir.

(A9 TV; 27 may 2015)

Bir sənətçini öz başının çarəsinə baxmağa buraxmaq çox böyük vicdansızlıqdır. Əvvəla sənətçi dolanışıq dərdi çəkməməlidir. Ona çox mükəmməl bir həyat təmin edilməlidir. Dövlətin bir çox imkanı var. Sənətçiyə imkanlar təqdim etməlisən, o da rahatlıqla öz sənətiylə məşğul olmalıdır. Sən adamı həyat mübarizəsi aparmağa məcbur etsən, o zaman o necə sənəti ilə məşğul olsun?

(A9 TV; 27 may 2015)

Ənənəvi ortodoks İslam anlayışıyla İslam izah edilməz. “Hacı əmi”ləri televiziya ekranına çıxarırlar, onlar da 1930-1940-cı illərdə mövcud olan zehniyyətlə öz xurafatlarından danışırlar (dini mövzuları tənzih edirəm). Həmyaşıdı olan, öz zehniyyətindəki insanlara xitab edir. Gənclər də bunları təəccüb və ibrətlə seyr edirlər. Halbuki dini izah etmək üçün nə uyğun mədəniyyətə, nə də məlumata sahibdirlər.

(A9 TV; 26 may 2015)

Din olduqca asan və sadədir. Sevgi, mərhəmət, dostluq, qardaşlıq, bağışlayıcılıq, altruizm, fədakarlıq, igidlik, cavanlıq. Comərdlik necə də gözəldir. Məsələn, sevdiyin bir insanın malı, mülkü olmur. Comərd davranırsan, xoşbəxt olur, sevinir. Bu sənə də xoş gəlir.

(A9 TV; 26 may 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)