Allahı sevmək həm zövqlü, həm bərəkətli, həm də qəlbə rahatlıq, hüzur verən bir şeydir. Eləcə də tezliklə bərəkət gəldiyi görülər. İnsanın həyatındakı nizam, intizamdan özünü göstərər.
(A9 TV; 28 may 2015)
Allah dünyada milyonlarla, milyardlarla, trilyonlarla möcüzə yaradır, saymaqla bitməz. Allah nemətin təqdir olunmasını istəyir, sənətinin görülməsini, sənətinin ayrı-ayrılıqda təqdir edilməsini istəyir. Allah: “Qruplara ayırıb saysanız belə, yenə də sayıb bitirə bilməzsiniz nemətləri” deyir.
(A9 TV; 28 may 2015)
Peyğəmbərimiz (s.ə.v)-in iman gücü səhabələri həyəcanlandırmışdır. İmanlı insanın başqalarının arasında olması böyük şeydir. Bunun üçün şeyxləri sevərlər, təriqət şeyxlərini. İmanları güclü olduğu üçün, ən azından ətrafındakı insanlar bu cür gördükləri üçün.
(A9 TV; 28 may 2015)
Ölüm, müsəlman üçün elə də çətin şey deyil. Qəfildən yuxudan oyanma kimi olur. Allah “asanlıqla” deyir, Allah, tam asanlıq mənasında söyləyər, yarım asanlıq mənasında söyləməz. Məsələn, insanın canı bir qədər ağrıyırsa, bir qədər çətinlik çəkirsə buna asanlıq deyilməz. Heç bir çətinliyin olmamasına asanlıq deyilər.
(A9 TV; 28 may 2015)
Allah gözəl bir imtahanla imtahan edir. Əslində, eyni zamanda gözəl təhsil də verir. Sonunda yetkin, nəzakətli, cənnət əxlaqına uyğun bir xarakter meydana gəlir.
(A9 TV; 28 may 2015)
İnsan gözündə böyütdüyü təqdirdə, səbir etməkdə çox çətinlik çəkər. O zaman dözməli olar. Dözmək ayrı, səbir ayrı şeydir. Səbir zövqlə, asanlıqla edilən ibadətdir.
(A9 TV; 28 may 2015)
Bir hadisə olur, səbir edirik. Amma səbrimizi yavaş-yavaş daha da gücləndiririk, daha da artırırıq. Bu nədir? Təhsildir. Nə üçün verilən təhsildir? Cənnət üçün verilən təhsildir. Allah bir sıra möminləri seçir, onlara burada təhsil verir. Birbaşa gedildiyi təqdirdə hz. Adəm (ə.s)-ın qarşılaşdığı ilk vəziyyət meydana gəlir. Alınmır yəni. Təhsil verildikdə ağıl yerinə gəlir. Şəxsiyyət yerinə gəlir, nemətin qiyməti bilinir.
(A9 TV; 28 may 2015)
Allah çox əhatəli şəkildə imtahan edir. Ancaq imtahan olmur. Ciddi bir imtahan var, ciddi bir təhsil var. Sırf imtahan deyil, sadəcə adı imtahandır, əslində təhsildir.
(A9 TV; 28 may 2015)
Qurandakı hikmətlər əhəmiyyətlidir. Onları görməyə çalışmalısan. Yoxsa istəsən 10 dəqiqədə çoxlu ayə oxuya bilərsən. Sürətlə oxuya bilərsən. Amma Quran, aramla və düşünülərək, mənaları açılaraq, hikməti getdikcə aydınlaşaraq oxunulmalı olan Kitabdır.
(A9 TV; 27 may 2015)
Küfr əhli heç nə edə bilmir. Məsələn, PKK nəsə etmək istəyir, Allah bəlasını verir. Hitler nəsə etməyə çalışdı, Allah bəlasını verdi. Mussolini nəsə etməyə çalışdı, Allah bəlasını verdi. Stalin, Lenin nəsə etmək istədilər, Allah bəlalarını verdi. Allah: “Hamısına bəla verərəm, müvəffəqiyyət qazana bilməzlər” deyir.
(A9 TV; 27 may 2015)





