Ağlı istifadə etmək, səmimi olaraq Allahla əlaqə içində olub təlaşlanmadan şeytanın, ağlı harada pozacağını düşünərək Allahın işarəsini görməyə çalışmaqdır. Çünki ağlı onsuz da Allah istiqamətləndirər. İnsan vicdanına tabe olduğundanda səhvi, təhlükəni fərq edər. Allah ona ilham edər, hiss etdirər.

(A9 TV; 29 may 2015)

Allah imtahanın tələbi olaraq şeytana imkan verir. Bu vəsiləsiylə də insanlar mükəmməl imtahana çəkilmiş olur. İnsanın nəfsi, şeytanla mübarizə apararaq yetkinləşir, kamilləşir.

(A9 TV; 29 may 2015)

Səbir etmək və təvəkkül etmək. Bunlar Allahın sevdiyi, bəyəndiyi iki əxlaq xüsusiyyətidir. Təvəkkül nə deməkdir? Deməli, mömin böyük hadisələrlə qarşılaşacaq ki, təvəkkül edəcək, səbir edəcək. Belə olduqda təşvişə qapılmır, kədərlənmir, qorxmur.

(A9 TV; 28 may 2015)

Allahın vədi üçün olan vaxt artıq bitdi. Yəni qiyamətə təxminən yüz illik bir vaxt qalır.  Hakimiyyət yalnız bu əsrdə təmin edilə bilər. Onun üçün artıq masonluq da, tampliyerlər də, sanhedrin də, dərin dünya dövləti də qərar verməlidir. Çünki başqa cür olduqda, dünya tamamilə yox olacaq. Artıq İslam Birliyini hakim etməyin vaxtı gəlib çatdı.

(A9 TV; 28 may 2015)

Göz çox mükəmməl bir orqandır. Sən mutasiya yoluyla, bayağı yolla meydana gəldi deyirsən. O, bayağı yolla meydana gəlməz. Bayağı bir şey səni kor edər. Mutasiya səni ayaq üstə dayana bilməyəcək hala gətirər. Mutasiya, ancaq korluq, karlıq meydana gətirər. Mövcud sistemi yox edər. Başqa bir şey olmaz.

(A9 TV; 28 may 2015)

Allah əsil dindarlığı nəzərdə tutur. Yoxsa sosial həyatı vardır, bir də guya dini yaşayır; belə şey olmaz. Sosial həyat deyə bir şey ola bilərmi? Din hər yerə hakimdir. Möminin hər şeyinə hakimdir. Sosial həyat nə deməkdir? Bebek məhəlləsinə gəzməyə gedərsən, Allah rizası ona hakimdir.

(A9 TV; 28 may 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)