Yuxu dünya acizliyidir. Hər gün müəyyən saatdan sonra insanın yuxusu gələr. Ölmək üçün gedib yatır, ölür, bir neçə saat sonra isə dirilir. Duş qəbul edir, yeməyini yeyir. Axşam yenə yuxusu gəlir. Ölmə vaxtı gəlir, yenidən ölür. Sabah yenidən dirilir. Həyatı bu şəkildə ölüb dirilməklə davam edir. Nəhayət bir dəfə də ölür, bir də dirilir və özünü başqa aləmdə görür.
(A9 TV; 29 may 2015)
Günəş ilə kölgə fövqəladə qanunlarla bir-biriylə əlaqəlidir. Allahın qanunları bir-biriylə əlaqəlidir. Günəşin işığı yoxdur, xarici aləmdə işıq yoxdur, zülmət qaranlıqdır. Buna görə, kölgə də yoxdur. Kölgə və işıq ayrı-ayrılıqda beyinin içində yaradılır. Rənglər bir-bir beyinin içində yaradılır. Xarici aləmdə rəng də yoxdur. Sarı, qırmızı, yaşıl; bütün rənglər beyində xüsusi olaraq yaradılır.
(A9 TV; 29 may 2015)
Kölgə ayrı yaradılır, işıq ayrı yaradılır. Çünki işıq beyində yaradılır. Xarici aləmdə işıq yoxdur. Xarici aləmdə rəng də yoxdur. İşıq insan beynində yaradılır. Xarici aləm zülmət qaranlıqdır. Buna görə də, xarici aləmdə kölgə də yoxdur. İşıq olmadığına görə, kölgə də yoxdur. O zaman kölgə də ayrılıqda beyində yaradılmalıdır. Allah: “İkisini də ayrı-ayrılıqda yaradıram” deyir.
(A9 TV; 29 may 2015)
“Xəta elədikcə vicdan narahat olur, insan boğulurmuş kimi olur” deyir. Bu özünü şeytana boğdurmaqdan qaynaqlanır. Qardaşım bu nəyə lazımdır? Sən Allaha təvəkkül edirsən, tamam, Allaha tövbə edirsən. Tövbə nə deməkdir? Allahın tövbəni qəbul etməsini ümid edirsən. Onda niyə o vəziyyətə düşürsən? Deməli, belə çıxır ki, sən Allaha güvənmirsən. Xəta elədinsə taleyindəki xətanı edirsən. Bir daha etməməyə qərar verdinsə kifayətdir. Əzm etsən problem yoxdur.
(A9 TV; 29 may 2015)
Bir xəta edir, günah işləyir, özünü həlak edir. İztirab çəkir. Allah səndən belə şey istəmir ki. Yalnız tövbə et deyir, normal həyatına davam et deyir. Özünü pərişan et demir. Bunlar anormal, müşriklərə məxsus hərəkətlərdir. Sonunda sənə həmin xətanı etdirən də Allahdır. Bir xeyir var. Bir daha etməməlisən, bu qədər. Qərar verməlisən, etməməlisən.
(A9 TV; 29 may 2015)
İnsanın müqavimət göstərmə gücü çox böyükdür. Beyninə əmr verəcək, etməyəcək. Məsələn, İslama xidmət etməlidir; “çox yorğunam” deyir. Təlqinlə edirsən, yorğun olmaq da nədir? Sənə 5 min lirə verəcəklərini eşitsən göyə uçarsan. Yalan deyirsən, elə bir şey olmaz. Əldən düşmüşəm, yorğunam, az qala yerə düşəcəyəm deyir. Bir mənfəətin olsa, bax gör necə dəliyə dönərsən.
(A9 TV; 29 may 2015)
Şeytan insanı romantik hala salır, beyninə iynə yeridir, beyni keyləşir, sərxoş hala gəlir. İpi şeytanın əlinə verir, o da onu istədiyi kimi sürüyür. Müsəlman o ipi dərhal qoparmalıdır. Özünə; “nə baş verir?”, “sən nə edirsən?” deməlidir, mən bu ipi qoparıram deyib, dərhal Allahın ipinə sarılmalıdır. “Hablullahul metin, urvetül vüska”, Allahın qopmaz, qoparılmaz ipi.
(A9 TV; 29 may 2015)
İnsan şeytana uyarsa, onu inciklik və ya kinsürükləyər. Yəni boğazından yapışar, sürükləyər. Müsəlman güclü bir zərbə endirməklə o pəncəni boğazından qoparmalıdır. Sürüklənməyə razı olmamalıdır. Sürüklənmək çox alçaldıcı bir şeydir.
(A9 TV; 29 may 2015)
Müsəlman üçün qəzəblənmək çox gülünc bir şeydir. Qəzəb alovu adamı bürüyür, heyvanların sürüklədiyi kimi sürükləyir. İnsan da qəzəbini yatırda bilmir, özünü rəzil-rüsvay edir. Belə olmaz. Ağlını işlətməlidir.
(A9 TV; 29 may 2015)
Əvvəla müsəlman anormal şeylərə müqavimət göstərməyi bacarmalıdır. Məsələn, qəzəblənməyə müqavimət göstərməyi bacarmalıdır. Qəzəblənmək heyvani instinktdir. Qəzəblənməmək insani üstünlükdür.
(A9 TV; 29 may 2015)





