Həmd sevgi sözüdür. Allaha həmd etmək nə deməkdir? Ey Rəbbim, Səni mən çox sevirəm, dəlilər kimi sevirəm deməkdir. Sənə sonsuz təşəkkür edirəm deməkdir. Həmd bu deməkdir.
(A9 TV; 31 may 2015)
Rəhman və Rəhim, ikisi də sevgi ifadə edən sözlərdir. Hər ikisinin də kökündə sevgi var. Rəhim; sevərək qoruyan, sahib çıxan, daim xeyri üçün çalışan, xeyirlə yaradan mənasındadır.
(A9 TV; 31 may 2015)
İran və Türkiyə Kandili mühasirəyə alsalar qarşıdurmaya ehtiyac olmaz, hamısı dayanmadan və sürətlə çölə çıxar. Çünki üç aylıq qida ehtiyatları olmaz heç. Mütləq gəlib təslim olarlar. Hökumət bunu etsin.
(A9 TV; 31 may 2015)
Kandil işğal altındadır, adamlar oradan polis bölməsi kimi istifadə edirlər. Əsgərləri, polisləri, müsəlmanları vurub şəhid edirlər. Türkiyə həm İran, həm də İraq hökumətiylə razılığa gəlib, Kandilə daxil olmalıdır. Oradakı mağaraların hamısını qanuni şəkildə təmizləməlidir. Bir dəfə mühasirəyə alsalar, üç aylıq mühasirədən sonra orada heç kim qalmaz.
(A9 TV; 31 may 2015)
Qatı dinçilər bütün gözəl şeyləri qadağan edirlər. Bütün çirkin, çətin şeyləri isə məsləhət görürlər. Ağlamağa təşviq etmələri inanılmazdır. Allah bunun küfr əhlinin xüsusiyyəti olduğunu söyləyir; “Onlar çox ağlayacaq, siz isə güləcəksiniz” deyir. Onlar da tərsini söyləyirlər. “Əsla gülməyin, bol-bol ağlayın” deyirlər. İnsan buna nə qədər dözə bilər? Get idman et, ye, iç, gül. İbadətlərini yerinə yetir. Hər yeri gözəlləşdir. Hər yerə incəsənət hakim olsun.
(A9 TV; 30 may 2015)
Qatı dinçilər;“atalarının dini” ucbatından, sanki gözəl İslam dinini yer üzündən silmək üzrədirlər. Müsəlmanları da məhv etdilər. Hər yerdə asıb kəsirlər, döyürlər, söyürlər, üzlərinə tüpürürlər. Bəziləri başlarını doğrayır, bəziləri avtomobilə bağlayıb yerlə sürükləyir, dəlik-deşik edir, barel bombası atırlar. Ağlasığmaz zülm sistemi hakimdir. Qurana qayıtsalar hamısı bitəcək.
(A9 TV; 30 may 2015)
İnsanlar qəlblərini din ilə yuduqları vaxt, ona bir nur, işıq gəlir. Amma bir çox insan da dinin, insanların həyatını əlindən aldığını düşünür. Halbuki, dinsizlik dünyanı əldən alar, həm də kökündən alar. Hər şey başına bəla olar. Yemək bəla olar, avtomobili, evi, arvadı, yoldaşları, məktəbi, hər şeyi başına bəla olar. Amma imanlıdırsa həyat yoldaşı nemət olar, yoldaşları gözəllik olar, evi zikir yeri olar, həyatı nurlu olar, hər yeri nur olar, qəlbində rahatlıq olar.
(A9 TV; 30 may 2015)
Daha dindar olana Allah daha yaxşı imkanlar, daha gözəl nemətlər nəsib edər. Bu da gözlə görülər. Amma təbiidir ki, mömin səbir etməlidir. Yəni əziyyəti də, neməti də gözəl görməlidir.
(A9 TV; 30 may 2015)
Dünyada hansı millət səmimi dindardırsa, Allah oraya daha çox bərəkət verir. Dindən uzaqdırlarsa Allah fəlakət verir, bərəkətsizlik verir. Bu ayrılıqda hər bir şəxs, hər bir fərd üçün məqbuldur.
(A9 TV; 30 may 2015)
Din nemətdir, insanların böyük bir hissəsi dini bəla hesab edir, haşa. Halbuki din dünyanın bəzəyi, həyatın sevinci, ağlın nuru, qəlbin rahatlığıdır, bərəkətdir.
(A9 TV; 30 may 2015)





