Allah hər yerimizi nurla əhatə etsin. Bizi nurlandırsın. Hidayət versin. Ağlımızı açsın. Şeytanın şərindən qorusun. Pislərdən qorusun. Qəlbimizə əmin-amanlıq duyğusu versin. Bizi zənginləşdirsin. Gücləndirsin. İslamı hakim etsin. Mehdi (ə.s)-ı göstərsin. Mehdisini zahir etsin. Bizi Mehdi (ə.s)-ın, İsa Məsih (ə.s)-ın tələbəsi etsin.

(A9 TV; 1 iyun 2015)

Allah sevilmək istəyir. Biz Allahı çox sevirik. O da bizi sevsin inşaAllah. İnşaAllah Allahın sevdiyi bəndələr olarıq.

(A9 TV; 1 iyun 2015)

Xurafatçılar çox diktatordurlar. İnandırmağı yaxşı bacarırlar. Demaqoqluğu yaxşı bacarırlar. Saxtakarlıq, hiyləgərlik, aktyorluq etməyi yaxşı bacarırlar. Üzə gülərlər; lakin çox xaindirlər. Sistemli şəkildə plan hazırlayarlar. Lakin nəticədə Allah bəlalarını verər. Öz tələlərinə düşərlər.

(A9 TV; 31 may 2015)

Xurafatçıların ən böyük dərdi paxıllıq, qısqanclıqdır. Hal-hazırda, Axırzamanda da böyük fitnənin yaranma səbəbi Mehdi (ə.s)-a qarşı edilən paxıllıqdır. Saxta mehdilərin çıxması, saxta mehdilərin öz arasında mübahisə etməsi, mehdi olmadıqları halda insanları mehdi elan etməyə təşəbbüs etmək, mehdilik iddia etməyən insanları zorla mehdi kimi göstərməyə cəhd etmək; bu paxıllığın təzahürüdür.

(A9 TV; 31 may 2015)

İsrail oğullarına qarşı nifrət bəsləmək, çox böyük uğursuzluq, bəla gətirər. Peyğəmbər nəslinə qarşı nifrət bəslənməsi Allahın heç xoşlamadığı bir şeydir. Yox, zalım olana nifrət bəslə; niyə günahsıza nifrət bəsləyirsən, niyə mömin olandan nifrət edirsən? Hamısına cəm olaraq pis yanaşır. Olmaz belə şey.

(A9 TV; 31 may 2015)

İsrail nəslinə yersiz və ağılsız şəkildə nifrət edirlər. Halbuki, bu bəla gətirər, uğursuzluq gətirər. Sən Quranın əlaqədar ayələrinə hücum etmiş olursan. Ağlını başına yığ. İsrailoğullarının hamısı müqəddəs deyil; amma sən təmiz və günahsız, mömin, müttəqi olanları da qarşına almış olursan. Peyğəmbər nəslini qarşına almış olursan. Onda Allah bəla verər, ağlını başına yığ.

(A9 TV; 31 may 2015)       

Qısqanc, təhlükəli bir adam, dediyin hər şeyi şeytani yaddaşına həkk edər,  istifadə etmək məqsədiylə yaddaşında saxlayar. Çünki iblislə əlaqə saxlayır. Sən deyirsən, amma kimə dediyini bilirsənmi? Əsil həqiqəti gördüyündə qanın çəkilər. Şeytana deyirsən. İblis insan surətinə girir, ona demiş olursan. Deməməlisən. Çünki başına bəla olar. Amma dostdursa, mömindirsə de, çünki sevinər o.

(A9 TV; 31 may 2015)

Gözəl şeydən danışdınsa, həsəd apararlar. Xəstə adamlara deyilməz. Ancaq səmimi, saleh mömindirsə deyilər. Onun qəlbi rahatlıq tapar. Amma qısqanc, təhlükəli, münafiq xarakterli adama söyləməməlisən. Deməsən ibadət olar. Ağzını tutmalısan, dilsiz olmalısan. Başqa şeylər danışmalısan.

(A9 TV; 31 may 2015)

Xristianlar; “Allah Özünə övlad götürdü!” deyirsə, Quran bunu düzəldir. Xristianlar Quranın düzəltdiklərini etsələr onda olar, doğru yolda olarlar. Allah: “Namazlarını qılsınlar, zəkatlarını versinlər, şirk qoşmasınlar, bəs edər” deyir. Belə olduqda xristian da müsəlman olar.

(A9 TV; 31 may 2015)

“Rəhman və Rəhim” sözləri rahatlıq verir. Yalnız sevgi ifadə edər. Amma məsələn, Allahın “Qəhhar” adında sevgi ifadəsi gizlənib. Allah küfr əhlini məhv edər, mömini isə xilas edər. Möminin intiqamını alar, Allah sevdiyinin intiqamını alar. Bu da Allahın sevgisinin təzahür etməsidir. Allah möminləri sevdiyi üçün küfr əhlini məhv edər. Bundada gizlənmiş bir sevgi var.

(A9 TV; 31 may 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)