İnsan çoxalmaq üçün evlənirsə heyvan kimi olar. Məktəbə mənfəəti üçün gedirsə eqoist, adi bir insan olar. Amma hər yerdə Allah üçün yaşasa çox ülvi, çox böyük bir məqsədi olar. Onda Allah zehin açıqlığı verər, bərəkət verər, asanlıq verər, gözəllik verər.
(A9 TV; 2 iyun 2015)
Səmimi olmaq sırf Allah üçün yaşamaqdır. Məsələn, evlənir, Allah üçün evlənməlidir. İş yeri açır, Allah üçün açmalıdır. Məktəbə gedir, Allah üçün getməlidir. Yemək yeyir, Allah üçün yeməlidir. Onda bərəkətli, gözəl olar.
(A9 TV; 2 iyun 2015)
Allah ayədə: “Sizi yer üzünün hakimi edəcəyəm” deyir. Bunun üçün müsəlman bütün yer üzünə gözəlliyi, sevgini, sülhü, qardaşlığı yaymaq; Allahın adını, Allah qorxusunu, Allah sevgisini yaymaq üçün mübarizə aparır.
(A9 TV; 2 iyun 2015)
Möminlər bütün yer üzünü əhatə etməlidir. Bütün dünyanı hədəf etməlidir. Yəni mömin bütün dünyanı bir kənd kimi görməlidir. Öz kəndi kimi görməlidir. Çünki Allah müsəlmanlara dünyanı bütövlükdə verir.
(A9 TV; 2 iyun 2015)
Allah bağışlanma dilənməsini sevir. Bağışlamağı sevir. Amma həm səhv etsə, həm günah işləsə, həm də üzr istəməsə, Allah intiqam alar. Amma üzr istədiyi təqdirdə, Allah: “Mənim günahları bağışlayan olduğumu görəcəksiniz” deyir.
(A9 TV; 2 iyun 2015)
Allah yalnız dürüst və səmimi davranmağımızı istəyir. Oyun oynayanda, səmimiyyətsiz davrananda Allah həlak edir, narahatlıq verir.
(A9 TV; 2 iyun 2015)
Bir dərman fabrikində dərmanın üstünə istifadə qaydaları yazılır. Yoxsa insan o dərmanı düzgün istifadə etməyərək xəstələnər. Bizi dünyayla birlikdə yaradan Allah dünyadan necə istifadə edəcəyimizi bizə hazır məlumat halında göndərir. Məhz bu müqəddəs kitablar; Zəbur, Tövrat, İncil, Quran və daha əvvəlki səhifələrdir.
(A9 TV; 2 iyun 2015)
Türkiyəni bölmələrinə izin vermərik. Hər nə bahasına olsada, buna qanun və hüquq ilə əsla icazə vermərik. Təsəvvür edə bilməyəcəkləri şeylər olar. Bunu bilməlidirlər. Heç kimin bu cür xainlik etməsinə icazə vermərik.
(A9 TV; 2 iyun 2015)
İslam gözəllikdir, sevgidir, nəzakətdir, namusdur, keyfiyyətdir, sənətdir, estetikadır. Müsəlman demək dünyanın ən keyfiyyətli insanı deməkdir. İnsan ağlının qavraya biləcəyi ən ağıllı, ən gözəl həyat tərzi nədir desən; bu islamiyyətdir.
(A9 TV; 2 iyun 2015)
Allah dünyanı nuruyla əhatə etsin. Rəbbimiz “Hadi” ismiylə təcəlli etsin inşaAllah. Dəccalı məhv etsin. Dəccalı pərişan etsin. Dəccaliyyəti yox etsin.
(A9 TV; 1 iyun 2015)





