İnsan özünü müstağni görəndə yolunu azar. Müstağni görməməlidir. Həmişə özünü tənqid etməlidir. Açıq şəkildə tənqid etməlidir. Tənqid edənlərə də təşəkkür etməlidir. Onlara Allah razı olsun deməlidir.
(A9 TV; 2 iyun 2015)
Alim olan Allahdır. Sonsuz elmə malikdir. Allahdan lütf olaraq bizə Onun elmindən cüzi bir şey gəlib çatır. Yoxsa bizdə bir şey yoxdur. Buna görə də, heç kəs özünü alim kimi qələmə verə bilməz. Hər insan cahildir.
(A9 TV; 2 iyun 2015)
Quran həmişə yoxsullara sahib çıxar. Kasıblara sahib çıxar və malın həmişə paylanmasını tələb edər. Quran həmişə sosial ədalət tələb edər. Bunun üçün də, İslam yer üzünə hakim olsa, geniş bolluq və bərəkət yaşanacaq. Bir çox insan İslamın bu sosial ədalət tərəfinin mükəmməl, möhtəşəm və kökündən həll gətirəcəyini bilmir.
(A9 TV; 2 iyun 2015)
Küfr əhli müsəlmanlara hücum edərkən, əvvəlcə mala, mülkə hücum edər. Gücsüz düşsünlər deyə bu nöqtədən vurmağa çalışar. Halbuki, mömin ot yesə, evsiz-eşiksiz qalsa belə, yenə də İslama, Qurana xidmət edər.
(A9 TV; 2 iyun 2015)
Möminlər bir-birini sevməlidirlər. Sevmədikdən sonra malın olsa da nə fərqi var? Tutaq ki, hər yerə yığdın, burada yağ, şəkər və mürəbbə tədarük etdin. Kökəlib ölərsən, başqa bir şey olmaz. Paylamalısan. Hər kəsə paylamalısan.
(A9 TV; 2 iyun 2015)
İslamın paylama, insanlara bol-bol sədəqə vermə əxlaqı bu fitnəni, bu bəlanı tamamilə aradan qaldırır. Faiz də yoxdur. Belə olduqda iqtisadiyyat da inkişaf edir. Böyük bərəkət hakim olur.
(A9 TV; 2 iyun 2015)
Hazırkı kapitalist sistemdə eqoizm hakim olduğu üçün, böyük bir hissə pula əl qoyur. Hər ehtimala qarşı qoruyur. Fabrikin satışa çıxardığı məhsullar alınmır. Alınmadıqda isə istehsal həyata keçirilmir. İşçilər əmək haqlarını ala bilmir. Hər yerdə ölüm meydana gəlir.
(A9 TV; 2 iyun 2015)
Allah pulu sənə yığıb saxlayasan deyə vermir, xərcləyəsən deyə verir. Pul xərcləndikdə iqtisadi böhran da meydana gəlmir. Pul xərclənmədikdə iqtisadi böhran başlayır. İnsanlar eqoist olub, pulu evdə və ya bir yerdə saxladıqlarında həyat sönür, iqtisadiyyat dayanır.
(A9 TV; 2 iyun 2015)
Şəhid olan, şəhidlik zövqünü şəhid olarkən dadır. Bunun üçün şəhidlik şərbəti deyərlər. Şirin olduğu üçün, nəfsə xoş gəldiyi üçün.
(A9 TV; 2 iyun 2015)
Allah: “Allaha itaət etsəniz xoşbəxt olarsınız” deyir. Ayənin şərhi nədir? Əgər Allaha itaət etməsəniz xoşbəxt olmazsınız. Necə xoşbəxt olmazsan? Əzab çəkərsən, qorxu içində yaşayarsan, narahat olarsan, vəsvəsəyə qapılarsan. Əzablar içində qıvrılarsan. Həyat sənin üçün cəhənnəmə çevrilər.
(A9 TV; 2 iyun 2015)





